24 mart marketinqdə yaz havası əsəcək

Artıq bir müddətdir ki, ən aktiv marketinq qrupu olan Marketinq Azərbaycanda xoş bir yaz havası hakimdir. Belə ki, mart ayı girərkən qrupun yaradıcılarından biri kimi cover şəklimizi necə kreativ dəyişək dedik və düşünməyə başladıq. Çox keçmədi ki, ağlıma bir fikir gəldi və həmən onu qrupun aktiv üzvlərindən olan Rəşad Baxışova dedim. Nəticədə yuxarıda gördüyünüz şəkil alındı. Sloqanımız “Marketinqə 4Ç gəldi” oldu. Bilirsiniz ki, marketinq deyilən kimi ağla gələn ilk fikirlərdən biri də 4P-dir. Maraqlı və əyləncəli sintez olsun deyə martda milli bayramımız Novruzda olan 4 çərşənbənin şərəfinə 4Ç kimi modifikasiya etdim və Rəşad da çox gözəl şəkildə bunu dizaynda əks etdirə bildi. Hər çərşənbə günü tonqallardan birini “yandırırdıq”. Bu haqda bu qədər.

Nəhayət 4-cü Ç-ni “yandırmağa” az qalmışdı ki, düşündük ki, bizim üçün ən səmimi və daha canayaxın olan Novruz münasibətilə mütləq şəkildə görüşməliyik. Bundan öncə 28 Cinemada marketerlər toplaşmışdı. O görüş də qrupun təşəbbüsü ilə baş tutmuşdu. Bu dəfə isə daha böyük, daha fərqli bir şey etmək lazım idi.
İlk öncə qrupda sorğu keçirib 24 martı görüş vaxtı kimi təyin etdik. Daha sonra isə yer təklifləri ilə bağlı qrupda elan verdik. Xoşbəxtlikdən AZURE ticarət mərkəzindən gözəl təklif gəldi və bu işdə göstərdiyi səyə görə Firdövsiyə böyük təşəkkür düşür. Beləliklə, 24 mart 15:00-da Azure-da Şəki restoranında görüş baş tutacaq, inşaAllah. Biz görüşə qrupun bütün üzvlərini dəvət edirik. Mövqeyindən, dost, rəqib olub-olmamasından asılı olmayaraq bütün marketinq əhlini, şirkətləri, onların nümayəndələrini görmək xoş olardı. Bu görüş marketinqin uğuru olacaq və bu uğura dəstək olmaq, ona mane olmaqdan daha asandır. Çünki artıq dostlar sayəsində hamılıqla və qrup olaraq elə bir gücə sahib olmuşuq ki, ona mane olmaq heç məntiqli deyil, mümkün də deyil. Buna İlkin də öz yazısında çox gözəl toxunmuşdu. Və İlkinin də vurğuladığı kimi biz ilk dəfə olaraq FMR TV vasitəsilə bu görüşü canlı yayımlamaq niyyətindəyik. İnşallah bir problem olmasa, görüş canlı şəkildə yayımlanacaq. Beləliklə, görüşə üzrlü səbəbdən gələ bilməyənlər buradan da izləyə biləcəklər. Əminəm ki, canlı izləyənlər gələnlərdən ən az 2-3 dəfə daha çox olacaq.

Görüşümüzün əsas özəllikləri haqqında da bir-iki kəlimə demək istərdim:

- Bununla marketinq əhlinin çoxdan gözlədiyi, istəyib amma reallışdırmada çətinlik çəkdiyi faydalı münasibətlər və əlaqələrin qurulması mümkün olacaq. Qrup üzvləri və bütün marketinqi sevən dostlar arasında işdən kənar qeyri-rəsmi və səmimi mühitdə əylənəcək, həm də fikirlərini bölüşəcəklər.
- Görüşdən öncə, yəni saat 13:00-da Megafun-un sponsorluğu ilə marketerlər arasında Boulinq yarışması keçiriləcək. Qalib Megafun-dan 100 azn dəyərində hədiyyə kartı qazanacaq.
- Şəki restoranının qonağı olacağıq. Menumuzda isə demək olar ki, hər şey olacaq. Çox gözəl və hamının bəyənəcəyi süfrə olacağına olduqca əminik. Xüsusən canlı musiqi fonunda yeyib-içmək daha çox ləzzət edəcək. Firdovsi deyir ki, mikrofonumuz da olacaq, ona görə də istəyən oxuya da bilər, söz də deyə bilər. 
- Çox gözəl bir brend-wall hazırlanır. Bunun üçün də Musa Musayevə təşəkkürlər. Həqiqətən qrup, komanda olmağın üstünlükləri budur. Hər şeyi ortaqlaşa, paylaşmaqla asanlaşdırmaq olur. Qrup üzvlərinə öz imkanlarını əsirgəmədiklərinə görə çox minnətdaram. Biz həqiqətən də Sizinlə birlikdə çox güclüyük. Hələ professional fotonu demirəm.

Belə. Şəxsən özüm çox səbrsizlənirəm. Həyəcan verir düşündükcə. Öhdəsindən gələcəyimizə çox inanıram. Əminəm ki, bir çoxları üçün mümkünsüz olan mümkün edə biləcəyik. Sizi 24 martda AZURE-da gözləyəcəyik. Bizə buradan qoşula bilərsiniz.

Facebook Comments
Share

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 307 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. Marketinq sahəsində isə yazılarımı Marketer Məhərrəm təxəllüsü ilə yazıram. Marketer Məhərrəm Azərbaycan reallıqlarında fəaliyyət göstərən, uğur qazanmağa çalışan marketoloq prototipidir. Yazılarımı oxuyaraq az da faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün yazını paylaşmanız yetərlidir. Hər hansı sualınız olarsa, hunaltay@gmail.com mail adresinə yazmanız kifayətdir. Öncədən təşəkkürlər.

Həmçinin oxuya bilərsiniz

Tədbirlər 0 Comments

MMF2016-da ilk dəfə “Bloqçuluq və rəy liderliyi paneli”

“Bax gör neynirsən” keçməyəcək Foruma düz 1 həftə vaxt qalır. Demək olar ki, MMF2016 hazırlıqları bitmək üzərədir. Yeganə vaxtımızı alan şey bu aralar biletlə bağlı istəklərdir. Fürsətdən istifadə edib dostlara

Share
Tədbirlər 0 Comments

Bugünün Marketinqi 2 – 29 müəllif, 90 yazı ilə çapa gedir

Söz verdiyimiz kimi 05 oktyabrda artıq “Bugünün Marketinqi 2″ kitabına yazı qəbulunu dayandırdıq. Keçən ildən 05 oktyabra qədər facemark.az-da yazısı çıxan və müəyyən etdiyimiz fəsillərə uyğunluq təşkil edən yazıların hamısını

Share
Tədbirlər 0 Comments

FİF2017 təşkilatçılarının ilk görüşü (video)

Dostlar, bildiyiniz kimi may ayında biz həm də Maliyyə və İnvestisiya Forumuna hazırlaşırıq. Daha konkret desək, 6 may Badamdar oteldə FİF2017 baş tutacaq. Fevralın sonu ilk hazırlıqlarına başladığımız forumun artıq

Share

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın