3 qaranın sirri – Marketing AİR

2003-cü ildə biləndə ki, universitetdə marketinq ixtisasına düşmüşəm, açığı bir az da kədərlənmişdim. O illər menecment daha dəbli idi. Ələxsüs də mən, 1 bala görə menecmentə deyil, marketinqə düşmüşdüm. Həmin vaxt mənimlə bir hazırlaşan dostumun məni necə təsəlli etdiyi indi də yadımdadır. Amma zaman nəinki keçdi, hətta göstərdi ki, marketinq daha tələbatlı sahədir. Bu dəyəri başa düşəndən sonra marketinq bir növ mənim işimə, zövqümə, həyat tərzimə çevrildi. Ondan sonra da nələr oldu, nələr… Amma bu dəfə mən marketinq sahəsində atılan ilklərdən biri haqqında yazmaq istəyirəm. O ilkin adı Marketing AİR oldu. Biz ilk dəfə Azərbaycanda praktiki bilgilərə əsaslanan və daha geniş miqyaslı seminarlar üçün bir araya gəldik.

Marketing AİR necə yarandı?

Bir dəfə İlkinlə marketoloqların tez-tez yığışdığı Park Fore restoranında yenə elə marketinqin keçmişindən-gələcəyindən danışırdıq. Brandmarkeritürk tələbələrin necə professional şəkildə təşkil etdiklərini danışırdım, səhv etmirəmsə. Elə o vaxt İlkin mənə niyə bunu Azərbaycanda və daha praktik formada etməyək dedi. Heç düşünmədən “niyə etmirik ki, ondan da yaxşısını edə bilərik” dedim və o dediyim gündən də dediyim sözün əsiri oldum, bu günə kimi də əlləşirəm J. Hardasa iyul ayının sonları olardı və biz bir yerdən dəftər, qələm tapıb ilk qeydləri, addımları yazmağa başladıq. Hər yazdıqca da bir xeyli əmək, zəhmət tələb edən işin altına girdiyimizin fərqində idik. Nə isə ki, bir neçə gün sonra bu zəhmətə Anarı da şərik qoşduq. Nəhayət 4 avqustda bütün şifahi deyilənləri maillə sistemli şəkildə yazdıq və bu mail işə ciddi başlamağımızın əsası oldu.
Avqustun 15-nə kimi ad və sloqan təkliflərini hazırlamaq lazım gəlirdi plana görə. Bəndəniz bir neçə sloqan və ad variantını göndərdikdən sonra qərara gəlindi ki, adımız Marketing AİR, sloqanımız “biz paylaşırıq” (we share) olsun. Qısaca ad və sloqanın nə mənaya gəldiyini deyim. Belə ki, biz marketinqə Azərbaycan ab-havası qatmağı, kobud desək, yaxşı mənada “azərbaycansayağı” marketinqi praktik bilgilərə əsaslanıb paylaşmaq istəyirdik. İlk başdan fikrimizdə öyrətmək deyil, paylaşmaq olduğuna görə sloqanı addan əvvəl tapmışdım. Biz paylaşırıq – sloqan kimi təsdiq olundu. Bununla biz hər kəsə sadəcə az bildiklərimizi paylaşmaq istədiyimizin mesajını verirdik. Ab-havadan söz düşmüşkən elə çox da düşünmədən treninqin adını Marketing AİR qoyduq. AİR ingiliscədən dilimizə hava kimi tərcümə olunurdu və İ-nin üzərindəki azərbaycan bayragı rəngləri ilə olan paraşüt marketinqin azərbaycan ab-havasını simvolizə edəcəkdi. O vaxtdan kriptoqrafiyanı çox sevdiyimdən həm də alt məna verdik. AİR həm də bu işi görməyə iddialı olan Anar, İlkin, Rafiq adlarının baş hərflərinin birləşməsi idi. Yazının adını da elə bu şəxslərin şərəfinə “3 qaranın sirri” qoydum J. Biz bütün qara adamlar kimi zəhmətimizlə bu işi görməkdə qərarlıydıq və artıq bu işin böyük bir hissəni bitirmiş durumdayıq. Marketing AİR beləcə yarandı.

1 aylıq gərgin sınaq

Adımızı seçdik, mesajımızı müəyyən etdik. İndi ən əsas məsələ real iş prosedurasını hazırlamaq idi. Çünki üçümüz də işləyirdik və bu işləri işdən sonrakı saatlarda bütün növ istirahətdən mərhum qalmaqla həyata keçirməliydik. Qısa müddətdə Marketing AİR-in korporativ stili hazırlandı, prezentasiya şablonumuzu hazırladıq. Treninqin prezentasiyasınıortaq səylərimiz nəticəsində 3 dildə hazır etdik. 


Artıq “hücum zamanı” idi. Facemarkda bir gecədə xüsusi qeydiyyat bölümü hazırladıq. Reklam büdcəsini müəyyən edib bacara bildiyimiz bütün məcralardan istifadə etdik. Bu arada bizimlə birgə yuxusuz gecələr keçirdiyinə görə proqramistimiz Şiraziyə təşəkkür edirik, əməyi əvəzedilməzdir. Bu işi tam vaxtında bitirmək üçün tam 1 ayımız var idi. Bu bir ayda həm qeydiyyatı başlatmalı, həm reklamı etməli, həm treninqin bütün texniki şərtlərini hazırlamalı, yer tapmalı, reklam materialları və sponsor ola biləcək şirkətləri tapmaq lazım idi. Qeydiyyatı dediyimiz kimi 1 gecədə hazırlayıb sayta yerləşdirdik və beləcə qeydiyyat prosesi start götürdü. Sayt, facebook, google reklamı və universitetlərdə görüşlər keçirilməli idi. Şükürlər olsun ki, çox operativ şəkildə bunu da həll etdik. 1 aylıq reklam zamanı bizim haqqımızda 90 minə yaxın insanın xəbəri oldu, konkret 12000-ə yaxın insan sayt və fb-də paylaşdıqlarımızareaksiya verdi, 5000-dən çox insan isə konkret qeydiyyatla bağlı şərhlərini bildirdilər, reklamı klik edib suallarını verdilər. İqtisad Universitetində üst-üstə götürsək, toplam 5 dəfəfən çox görüşkeçirildi. Marketinq ixtisaslı qruplar və XİQ qrupları ilə geniş görüşləroldu. İqtisad Universitetində hər yeri posterlərimiz bəzəməyə başladı. Tələbə və müəllimlərin dəstəyi bizi daha da həvəsləndirirdi. Flayer, poster, roll-uplarımız da hazırlanıb yayılırdı. Ən böyük çətinliyimiz isə sentyabrın ilk 15 günü dərslərin başlamaması və ümumiyyətlə şəhərdə adamların az olduğu bir dövrə təsadüf etməsi idi. Bununla bir aya bu işi nəyin bahasına olursa-olsun bitirməliydik. İşdən sonra bütün bu işləri görməyin, iş vaxtı isə kimlərdənsə texniki işləri görməyi xahiş edib bütün günü onun keyfiyyətinin necə olacağı həyəcanını keçirməyin təəssüratlarını bu işi görənlər daha yaxşı bilər.

Sponsorlarımız

İşin ilk başından bizimlə birgə olduğu üçün Now-SMS şirkətindən Fatih bəyə, bizə texniki və təşkilatı dəstək göstərərək rəsmi tərəfdaş olan İB Cluba (Murad, Telman, Turanəyə xüsusi təşəkkürlər), informasiya dəstəyinə görə Facemark, Biznesinfo.az, Azxeber, Resurs.az, inkisafmerkezi.az-a, treninqdə rəsmi içki tərəfadaşı olan Herba Flora şirkətinə, çap-reklam materiallarında göstərdiyi köməkliyə görə Azer Poliqraf, Fil Print şirkətlərinə dərin minnətdarlığımızı bildiririk. Təbii ki, İqtisad Universiteti və Steinbeis Universitetini də xüsusi qeyd etmək lazımdır. Ümumilikdə isə 10-dan çox xəbər saytı yuxarıdakı saytlara əsaslanaraq təmənnasız şəkildə treninq haqqında məlumatı yaydı.

Nəticə: 68 şirkət, 135 nəfər

1 ay ərzində 135 nəfər qeydiyyatdan keçdi. Qeydiyyatdan keçən 135 nəfər içində 68 şirkəti təmsil edən menecerlər də var idi. 30-a yaxın isə tələbə qeydiyyatdan keçmişdi. Xatırladım ki, qeydiyyat 25 avqustdan 25 sentyabra kimi aparılırdı. 2 gün daha uzadaraq 27 sentyabrda qeydiyyatı bitirdik. Təlim haqqlarının ödənişi isə ayın 1-dək davam edirdi. Yekun nəticə olaraq təlimlərdə real 80 nəfər iştirakını ödənişi etməklə təsdiq etdi. Böyük ehtimal yaxın bir-iki gündə aramıza qatılanlar da olacaq. 80 nəfərlik qrupu 2 yerə bölmək qərarına gəldik. Beləliklə, oktyabrın birindən etibarən həftənin 1-6-cı günləri hər gün təlimlər olacaq. 1 ay ərzində iştirakçılar 12 seminar keçəcəklər ki, bunun da 3-nü digər şirkətlərdən dəvət edilmiş qonaq rəhbər şəxslər olacaq. Bu da özlüyündə marketoloqlar, yeni başlayan menecerlər üçün yaxşı praktiki fürsətdir.

Son söz əvəzi

2 aydan çox çəkilən zəhmətin önəmli bir hissəsini beləcə geridə qoyduq. Qarşıda bizi 3 ay ərzində 40-a yaxın təlim gözləyir. Çox ümidvarıq ki, bu təşəbbüsümüz iştirakçılara faydalı ola biləcəkdir. Bunun çox keyfiyyətli olması üçün əlimizdən gələnləri etdik, hazırda əlimizdən gəlməyənlər üzərində düşünürük. Bu müddət ərzində bizə işimizdə dəstək olan hər kəsə təşəkkürlərimizi çatdırıram, xüsusilə də 2 ay ərzində bəlkə də 20 dəfədən çox görüşüb müzakirələr apardığımız Anar və İlkinə minnətdaram. Düşünürəm ki, biz birlikdə Azərbaycanda marketinq adına öz bacarığımız qədərilə töhfəmizi verə biləcəyik və Azərbaycanda marketinq tarixinin ən azı 1 səhifəsi ola bilməyə layiq işlər görəcəyik. İngilislər demiş bütün bu tip təşəbbüslərə mən yalnız “go, go, go” deyə bilərəm J.


Facebook Comments
Share

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 305 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. Marketinq sahəsində isə yazılarımı Marketer Məhərrəm təxəllüsü ilə yazıram. Marketer Məhərrəm Azərbaycan reallıqlarında fəaliyyət göstərən, uğur qazanmağa çalışan marketoloq prototipidir. Yazılarımı oxuyaraq az da faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün yazını paylaşmanız yetərlidir. Hər hansı sualınız olarsa, hunaltay@gmail.com mail adresinə yazmanız kifayətdir. Öncədən təşəkkürlər.

Həmçinin oxuya bilərsiniz

Münasibət 0 Comments

İdeal nümunəsində Baş Direktorun istefa azadlığı haqqında

Bu aralar xəstəyəm deyə yazı yazmağa həvəsim yox idi. Bugün isə dostumuz, hr müəllim Coşqunun statusunu təsadüfən gördüm. İşləyəndə də gərək belə Hr-lar ilə işləyəsən e Status aşağıdakı kimi idi: Bu

Share
Köşə yazıları 0 Comments

Facemark-ın 1 yaşı oldu

“Qaraqutu”dan “Face of Marketing”ə çevrilən 1 illik yol 21 oktyabr sevilən, oxunan marketinq portalı olan Facemarkın yaranmasının 1 ili tamam olur. Düz 1 il öncə, 21 oktyabr 2011-ci ildə Facemark

Share
Köşə yazıları 0 Comments

İndiki ağlım olsaydı…

Bu ifadəni tez-tez eşidirik – “indiki ağlım olsaydı” onu belə edərdim, bunu belə edərdim, filan şeyi deməzdim, nəyisə yeməzdim və s. Siyahını çox uzatmaq olar. Məncə, hamının həyatında ən azı

Share

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın