Azərbaycanda marketinq (müsahibə)

Azərbaycanda marketinq (müsahibə)

Dostlar, bu yaxınlarda Azpublika saytı üçün MBA-dan tanıdığım tələbələrdən olan Aysel xanımın təşəbbüsü ilə söhbətləşdik. Mövzumuz isə ümumən marketinq, Azərbaycanda marketinqin hazırkı vəziyyəti haqqında idi. İstədim həmin müsahibəni bloq oxucularımızla da paylaşım. Ümidvaram ki, oxucular özləri üçün faydalı nələrisə götürə biləcəklər. Aşağıda müsahibənin tam versiyasını oxuya bilərsiniz.

Əvvəlcə deyərdiniz marketinq nədir? 

Marketinqə aid kifayət qədər çox tərfilər, izahlar mövcuddur. Bunların hər birinə fərqli prizmalardan haqq qazandırmaq olar. Amma dəqiq olan bir tərif var. Marketinq şirkətin qazanc əldə etmək məqsədilə göstərdiyi xidmət və fəaliyyətlər toplusudur. Qazanc əldə etmək məsələsini bir daha vurğulayıram.

Hazırda Azərbaycanda marketinqin müəssisələrə, firmalara böyük təsiri varmı? 

Təsir əvvəl də olub, indi də var. Amma indi təsirdən daha çox ehtiyac var deyərdim. İndi şirkətlərimiz daha düzgün marketinq strategiyasına ciddi ehtiyac hiss edirlər.

Azərbaycanda marketinq rəqabət qabiliyyətini artırır? 

Sual əslində tam aydın olmadı. Yəqin ki, marketinqin rəqabət qabiliyyətini artırıb-artırmamasını soruşursunuz. Elədirsə, təbii ki, artırır. Marketinq şirkətin rəqabət üstünlüyünü üzə çıxaran, üzə çıxarmaq, onu hazırlamaqla kifayətlənməyib bunu müştərilərə də lazımı kanallar vasitəsilə çatdıran fəaliyyətdir.

Bütün vakansiya elanlarında satışla bağlı mütəxəssis axtarıldığı yazılır. Hər kəs “sata bilir”? 

Hər kəs sata bilmir. Hansısa fazada qırılıb qalır və ya zəif olur. Satışın məqsədi çox satmaq, marketinqin məqsədi isə sonda pul qazandırmaqdır. Bunu istər marketinq, istər satış menecerləri daha yaxşı dərk etsələr, məncə, hərə öz işini mükəmməl görə bilər.

Əmək bazarında bu ixtisasa tələb kifayət qədərdir. Ölkəmizdə dinamik, operativ, daim yeni informasiya axtarışında olan gənc peşəkar marketoloqlar yetişir? 

Əlbəttə ki, yetişir. Yeni yetişən marketoloqlar daha proqressiv, daha savadlı olurlar. İnanıram ki, gələcəkdə bu sahədə çox yaxşı mütəxəssislərimiz olacaq. Elə indi də var, günümüzün reallıqları daxilində kifayət qədər yaxşı işlər görə bilirlər.

Marketinqin fəaliyyəti təkcə satışın yüksəlməsinə yönəlir yoxsa başqa sahələrinə də təsir edir?

Marketinq satışdan əvvəlki, satış və satışdan sonrakı mərhələləri əhatə edir. Onu ancaq satış kimi görmək böyük yanlışlıq olardı. Yuxarıda da yazdığım kimi məqsədlər fərqlidir. Satış çox satmaq istəyir, marketinq isə çox qazanmaq. Çox satmaq hələ çox qazanmaq demək deyil, ona görə də bu fazada dövriyyəyə marketinq girir. Bununla belə satış marketinqin ən açıq nəticə göstəricilərinin başında gəlir. Bunu danmaq olmaz.

Facebook Comments
Share

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 290 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. Marketinq sahəsində isə yazılarımı Marketer Məhərrəm təxəllüsü ilə yazıram. Marketer Məhərrəm Azərbaycan reallıqlarında fəaliyyət göstərən, uğur qazanmağa çalışan marketoloq prototipidir. Yazılarımı oxuyaraq az da faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün yazını paylaşmanız yetərlidir. Hər hansı sualınız olarsa, hunaltay@gmail.com mail adresinə yazmanız kifayətdir. Öncədən təşəkkürlər.

Editor review

Summary

Azərbaycanda Marketinq mövzusunda Azpublika.info saytına müsahibəm

Həmçinin oxuya bilərsiniz

Köşə yazıları 0 Comments

Kitabklubu və ya “DƏK” layihəsində sonaDƏK görülməyən iş nədir?

Əziz dostlar, ötən dəfə Sizinlə “Bakının kitab mağazaları – kim kimdir?” adlı yazımı paylaşmışdım. Yazılanlar sırf bugün ən aktiv kitab mağazalarının iş prinsipləri haqqında idi. Sevinirəm ki, yazıdan sonra xeyli

Share
Münasibət 1Comments

Millətçilik üstünlük demək deyil!

Son zamanlar sosial şəbəkələrdə millətçilik, millət və s. üzərinə müzakirələr gedirdi. Demək olar hər il minimum bir dəfə belə söhbətlər olur. Qısası bir qrup hesab edir ki, millətçilik ziyanlıdır, inkişafına

Share
İntervyular 0 Comments

Xəzərin Səhəri verilişinə müsahibəm

Dostlar, ötən həftə Xəzər Tv-də “Xəzərin Səhəri” verilişinə dəvət almışdım. Qonaq müsahib kimi 10 dəqiqə müddətində məhsulların qablaşdırılması, qablaşdırmanın məhsulun imicində önəmi, müştərilərin məhsulu seçərkən üstünlük verdiyi qablaşdırmalar, qablaşdırmanın satışda

Share

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın