Bugünün Marketinqi 2-dən xəbər var!

Bugünün Marketinqi 2-dən xəbər var!

Dostlar, bilirsiniz ki, biz son sürət DMC2016 hazırlıqlarına başlamışıq. Keçən il açılışa özəl 33 yazarın 130 məqaləsindən ibarət “Bugünün Marketinqi” kitabını çap edib satışa çıxardıq. Sevinirəm ki, keçən ilin oktyabrından bu tərəfə satışa çıxardığımız kitabın bugün məndə ancaq 4 ədədi qalıb. Keçən ildən bütün kitab mağazalarında satışda idi. Bəli, bu il də ənənəmizə sadiq qalaraq yenə son 1 il ərzində facemark.az-da yazısı çıxan, öz yazısını göndərən yazarların arasından seçdiyimiz yazıları bir kitabda toplayıb çap edəcəyik. Kitabın budəfəki dizaynını da MMF2016-da etdiyimiz kimi DMC2016-nın korporativ stilinə uyğun edəcəyik. Bu işdə də inşallah Yello-çular bizə kömək olacaqlar. Kitabın adı da elə “Bugünün Marketinqi 2″ olacaq.

Kitabda yazısı olmasını istəyənlər hələ 05 oktyabra qədər facemark.az-a göndərə bilərlər.

Bəli, “Bugünün Marketinqi 2″ kitabında yazılarınızı info@facemark.az mailinə oktyabr ayının 5-nə qədər göndərə bilərsiniz. Aşağıda mən Sizə bu ana qədər kitaba düşən yazarların və yazıların adlarını da qeyd edəcəm. Hələliksə, Sizə bu kitabın əhəmiyyətinin nə olması barədə qısa qeydlər edim:

1) Kitab marketinq sahəsində çalışan, marketinqə marağı olan hər kəs üçün stolüstü kitab ola bilər. Çünki burada 1 müəllifin dəsti-xətti deyil, onlarla müəllifin üslubu var. Mövzular da 1 deyil, onlarladır. Yəni hər kəs bu kitabda özü üçün mütləq şəkildə nəsə götürə bilər.

2) Kitab həm də orda yazısı dərc edilən yazarlar üçün də gözəl PR imkanıdır. Həmin yazarları növbəti ilin sonuna kimi yüzlərlə insan əlavə olaraq kitabdan da oxuyacaq, beləliklə onlar daha çox tanınacaq, öz üzərlərində daha çox işləmək məsuliyyəti hiss edəcəklər.

3) Bu kitab facemark.az təşkilatçılığı və bəndənizin redaktorluğu ilə çıxır. Kitab həm də marketinq sahəsində yazan yazarlarımıza facemark.az-ın hədiyyəsidir.

4) Bu kitab digər bütün kitablardan daha çox praktik olması ilə də seçilir. Çünki Siz burada real keyslərin bolluğundan yaxşı mənada “əziyyət” çəkəcəksiniz. Siz heç bir sırf elmi kitabda bu qədər yerli mühitə uyğun nüanslarla rastlaşa bilməzsiniz. O baxımdan həm də tələbələr üçün göydəndüşmə fürsətdir. Yaxşı haldır ki, artıq il ərzində təşəbbüskarlığı ələ alaraq öz gücümüz hesabına 2-dən çox kitab çıxara bilirik. Bu il də keçən il olduğu kimi DMC2016 günü kitab satışı həyata keçirəcəyik. Daha sonra isə kitab mağazalarından da rahatlıqla əldə edə biləcəksiniz, eyni zamanda oxu.facemark.az-linkindən də pulsuz çatdırılma ilə sifariş verə bilərsiniz.

Bu ana qədər təxmini 70-dən çox yazı hazır vəziyyətdədir. Müəllifləri və yazıları aşağıda qeyd edirəm. Yazılar toplanıb amma fəsillər və mövzulara görə ayrılmayıb. 05 oktyabrdan artıq həm əlavələr ediləcək, həm də son hal olaraq fəsillərə görə tərtib edilib çapa göndəriləcək. Bu barədə növbəti bloqumda kitabın artıq dizaynı ilə birlikdə Sizə məlumat verəcəm. Hələliksə, bu ana olan yazı və yazarlarla tanış olaq:

s/n Yayımlanma tarixi Yazar adı Yazı adı
1 30/11/2015 Anar Bayramov Marketerlərin işi necə ölçülür? “KPI”lar necə qoyulmalıdır?
2 01/02/2016 Anar Bayramov Biznes konsultantlıq boş şeydir?
3 25/03/2016 Anar Bayramov Satış planlaması
4 06/04/2016 Anar Quliyev 2016-cı ilin trendləri
5 12/04/2016 Anar Quliyev Azərbaycanda 2016-cı il iqtisadi aktivlik trendləri
6 28/06/2016 Aynur Atabəyli Meta Fetişizm
7 23/07/2016 Aynur Atabəyli Whatsapp necə pul qazanır?
8 08/08/2016 Aynur Atabəyli Sosial medianın düzgün idarə edilməsi
9 12/01/2016 Aysel Cəbrayılova Niyə bloqerlərlə işləmək lazımdır?
10 18/04/2016 Aysel Cəbrayılova Kontent yaradarkən diqqətli olun!
11 01/07/2016 Aysel Cəbrayılova Facebook “event” nə üçün lazımdır?
12 15/12/2015 Elmir Kərimli Heç mənə lazım da deyil
13 19/01/2016 Hüseynağa Əliyev Böhran ödənişli televiziya bazarına necə təsir göstərib?
14 02/02/2016 Hüseynağa Əliyev İqtisadi böhran zamanı Marketinq: Təhdidləri imkanlara necə çevirək?
15 30/11/2015 İlham Ali Yusif 19 yaşlı kuryer və gənclərə ilk işlə bağlı tövsiyyələr
16 03/12/2015 İlham Ali Yusif Qədir ağacı – daxili kommunikasiya haqqında bir neçə kəlmə
17 01/07/2016 İlham Ali Yusif Hamı bir nəfər kimi, bir nəfər isə öz bildiyi kimi
18 25/03/2016 İsmayıl Vəliyev Boşan ki, uğulu olasan
19 19/04/2016 İsmayıl Vəliyev Şəxsi performans dəyərləndirməsi və özümüzü ifşa etmə sənəti
20 11/12/2015 Malik Rəşidov İclasların faydası varmı?
21 16/11/2015 Murad Məlikov Uğurlu telefon danışıqları üçün – təcrübə
22 23/11/2015 Müşfiq Şiralıyev 1000000’luq Viral
23 25/01/2016 Müşfiq Şiralıyev Reklam?! “Pofiq”
24 05/02/2016 Müşfiq Şiralıyev “Google”da indekslənmə
25 02/08/2016 Müşfiq Şiralıyev Facebook’un kontent kralları
26 04/01/2016 Müşfiq Zərbəli Gələcək mütləq gələcək!
27 03/02/2016 Nicat Manafov İnkişaf məlhəmi
28 08/02/2016 Nicat Manafov Startup təşəbbüskarlığına inam, böhrandan xilasdır
29 14/03/2016 Nicat Manafov Banklara borc və intihar
30 30/03/2016 Nicat Manafov Kiçik sahibkarlar ixracatı necə etsin?
31 05/11/2015 Numrəddin Hüseynov Qoxu üzərindən Marketinq
32 29/02/2016 Numrəddin Hüseynov Xanımlar və alış-veriş davranışları
33 20/11/2015 Orxan Rzayev Azərbaycan gənci şəxsi inkişafı üçün bu gün nə etməlidir?
34 08/12/2015 Orxan Rzayev Gəncliyində aktiv həyat tərzi keçirənlərin qazandığı 4 şey
35 12/01/2016 Orxan Rzayev Azərbaycanda bloq yazmaq – dəlinin divarla danışması kimidirmi?
36 17/03/2016 Pərviz Əzimov Google Analytics 360 Suite nədir?
37 13/07/2016 Qələndər Məmmədli Texnologiya və Müştəri Davranış Paradiqması
38 15/12/2015 Rafiq Hunaltay Bakının kitab mağazaları – Kim Kimdir?!!!
39 23/12/2015 Rafiq Hunaltay “Xalqların və kütlənin psixologiyası”na aid daşdan keçən 21 fikir
40 19/02/2016 Rafiq Hunaltay Xoşbəxt olmaq istəyirsən?! OL DA, daha vaxtımızı niyə alırsan!!!
41 03/03/2016 Rafiq Hunaltay Azərbaycanda və dünyada reklam bazarı tendensiyaları (I hissə)
42 14/03/2016 Rafiq Hunaltay 70 milyonluq Azərbaycan reklam bazarında kimin nə qədər payı var?!
43 30/03/2016 Rafiq Hunaltay Azərbaycanda reklam agentliyində niyə uzun müddət işləmirlər?!
44 06/06/2016 Rafiq Hunaltay 3B1D metodu
45 17/06/2016 Rafiq Hunaltay Şorun fəlsəfəsi
46 25/06/2016 Rafiq Hunaltay Şirə bazarı haqqında nələri bilməliyik?
47 28/06/2016 Rafiq Hunaltay Məhsul yerləşdirmədə buraxılan səhvlər
48 04/07/2016 Rafiq Hunaltay İş mühitində lider-menecer balansı
49 13/07/2016 Rafiq Hunaltay Əsl oxucu kimdir?
50 13/07/2016 Rafiq Hunaltay “Üzrün günahından betər” keysi üzərindən Real-time müştəri məmnuniyyət(sizliy)i -
51  2016-07-14 Rafiq Hunaltay İnsanın telefona çevrilməsi
52 27/07/2016 Rafiq Hunaltay Şirkəti onun sahibindən çox sevənlər. Nə qədər səmimiyik?!
53 29/07/2016 Rafiq Hunaltay Enerji içkiləri VS İdman içkisi – səhv düşəndə yerimiz
54 02/08/2016 Rafiq Hunaltay Azərbaycan reklam bazarı 2016-cı ilin I yarısında
55 05/08/2016 Rafiq Hunaltay Çağrı mərkəzləri haqqında nələrə diqqət etməliyik?! (I hissə)
56 08/08/2016 Rafiq Hunaltay Çağrı mərkəzləri haqqında nələrə diqqət etməliyik?! (II hissə)
57 12/08/2016 Rafiq Hunaltay Marketoloq ucuz və keyfiyyət arasında qalarsa
58 29/08/2016 Rafiq Hunaltay Dəyişək, yoxsa dəyişdirək?!
59 03/12/2015 Ruslan Süleymanlı Müsəlman etikası və marketinqin ruhu
60 17/12/2015 Ruslan Süleymanlı Merçendayzinq ilə satışlarınızı artırın – 3
61 09/12/2015 Samir Kərimov Azərbaycanda mobil bankçılıq
62 30/12/2015 Samir Kərimov 2015-ci ilin ən çox danışılmış xəbərləri
63 21/11/2015 Səbuhi İsazadə Sağlam rəqabətin əlamətləri
64 13/07/2016 Səbuhi İsazadə Bank da bir dükandır, sadəcə pul satır
65 07/01/2016 Səfər Aslanov Dövrlər və Davranışlar
66 15/04/2016 Səfər Aslanov Əndrabadi Marketinq
67 30/05/2016 Səfər Aslanov Böhranda 3İ Modeli
68 12/01/2016 Tehran Abdurrahimov Sən “döyərsən”, yoxsa “CV”in ?
69 21/01/2016 Tehran Abdurrahimov 3-ü 1 arada çox bahalıdır, böhran var, siz 2-si 1 arada ilə davam edin
70 04/02/2016 Tehran Abdurrahimov 2016 üçün İşə Qəbul Trendləri
71 29/04/2016 Tərlan Ələkbərov İnsanlar niyə paylaşır
72 11/01/2016 Tofiq Ağayev Yerli bazarda real-time marketing
73 18/01/2016 Tofiq Ağayev Dövlət strukturlarımızın facebook aktivliyi
74 26/02/2016 Vaqif Abbasov Influencer Marketing nədir?
Facebook Comments
Share

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 307 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. Marketinq sahəsində isə yazılarımı Marketer Məhərrəm təxəllüsü ilə yazıram. Marketer Məhərrəm Azərbaycan reallıqlarında fəaliyyət göstərən, uğur qazanmağa çalışan marketoloq prototipidir. Yazılarımı oxuyaraq az da faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün yazını paylaşmanız yetərlidir. Hər hansı sualınız olarsa, hunaltay@gmail.com mail adresinə yazmanız kifayətdir. Öncədən təşəkkürlər.

Editor review

Summary

"Bugünün Marketinqi 2" kitabında yazılarınızı info@facemark.az mailinə oktyabr ayının 5-nə qədər göndərə bilərsiniz.

Həmçinin oxuya bilərsiniz

Tədbirlər 0 Comments

Bugünün Marketinqi 2 – 29 müəllif, 90 yazı ilə çapa gedir

Söz verdiyimiz kimi 05 oktyabrda artıq “Bugünün Marketinqi 2″ kitabına yazı qəbulunu dayandırdıq. Keçən ildən 05 oktyabra qədər facemark.az-da yazısı çıxan və müəyyən etdiyimiz fəsillərə uyğunluq təşkil edən yazıların hamısını

Share
Tədbirlər 0 Comments

28 aprel Kapital Bazarı Təlim Mərkəzində görüşürük

Əziz dostlar, yadınızdadırsa, öncəki bloqlarımın birində Kapital Bazarı üzrə Təlim Mərkəzi ilə əməkdaşlığa başlamam haqqında Sizə məlumat vermişdim. Ətraflı buradan oxuya bilərsiniz. KBTM məlumat üçün bildirim ki, Qiymətli Kağızlar Komitəsi

Share
Tədbirlər 0 Comments

Milli Marketinq Forumu 2016-dan xəbər var

Əziz dostlarımız, bildiyiniz kimi artıq fevral ayından başlayaraq komandamız MMF2016 üçün qollarını çırmalayıb gecə-gündüz çalışır. Çox sevinirik ki, inşallah artıq 4-cü il, 4-cü dəfə olacaq ki, biz milli marketinq forumu

Share

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın