“Bugünün Marketinqi 2″də SƏN də YAZ

“Bugünün Marketinqi 2″də SƏN də YAZ

Dostlar, bilirsiniz ki, keçən il DMC2015 günü, 31 oktyabrda biz maraqlı bir yeniliyə imza atdıq. Hər kəsin bol-bol tənqid etdiyi yazarlarımızın yazılarını bir araya gətirib 440 səhifəlik kitab halına saldıq. Bu il də ənənəvi olaraq eyni addımı atacağıq. Siz də öz yazınızın bu kitabda yer almasını, gələcək oxuyucuların, nəsillərin Sizin yazınızdan faydalanmasını istəyirsinizsə, o zaman gecikmədən avqustun sonunadək yazılarınızı facemark.az saytında yayımladın. Həm Azərbaycanın ən çox ziyarət edilən marketinq saytında yazınız yayımlanmış olacaq, həm də 2 ay sonra o yazı bir kitabda da yer alacaq. Bundan gözəl nə ola bilər. Yazını göndərmək üçün info@facemark.az saytına maillə göndərməniz yetərlidir. Bu haqda aşağıda ətraflı yazacam. Amma hələlik, bir az söhbət edək.

Əslində deyə bilərsiniz ki, o yazıları kitab halına salmaq nəyə lazım idi? Baxın, mən ilk dəfə 2011-ci ilin iyul ayında marketinq sahəsində bloq fəaliyyətinə başlamışam. Marketer Məhərrəm o vaxta qədər də bloqer idi, ancaq başqa sahədə. İctimai mövzularda qəzetlərdə indiyədək dərc edilən yazılarım 300-ə çatır. Və marketinq haqqında yazmağa başlayanda maksimum bu sektorda bloq yazan 6-7 nəfər olardı. Şükürlər olsun ki, bu gün mənim tanıdığım, gördüyüm 50-yə yaxın adam var, amma yenə də azdır. Yadıma gəlir, hələ 2012-ci ildə facemark.az saytında Blog AİR adlı müsabiqə də elan etmişdik. O vaxt müsabiqədə iştirak edənlər çox az idi, edən də marketing air məzunları idi əsasən. O zaman bizi tənqid edənlərin, yazmaq nəyə lazımdır deyənlərin çoxu özü indi bloq yazır. Bu əslində çox yaxşıdır. Demək ki, biz gedişatı düzgün proqnozlaşdıra bilmişik.

Bloqerlərin arasında eləsi var ki, çox az-az yazır. Eləsi var ki, bir az yazıb sonra uzun müddət fasilə verir. Amma bu yazıların hamısının da yaşamağa və oxunmağa haqları var. O səbəbdən biz facemark.az saytında ən az 1 dəfə də olsun yazısı çıxmış şəxslərin yazılarını kitab halına saldıq. Bəli, 33 müəllifin 130 yazısı bir kitabda toplandı. Bugün yolda, kitabxanada, mağazalarda insanların əlində bu kitabı görəndə qəribə fərəh hissi bürüyür adamı. 33 müəllifin özü üçün də bu bir yenilik idi. Onların yazıları saytdan, bloqlarından başqa kitabda kiminsə evində bir ömür boyu qalacaqdı. Sevinclə bildirim ki, keçən ilin oktyabrında çıxardığımız “Bugünün Marketinqi” kitabından artıq məndə qalmayıb. Mağazalarda isə son saylar qalıb, bəlkə də heç qalmayıb.

“Bugünün Marketinqi 2″ kitabına necə düşmək olar?

Bu il bir çox nəşriyyat bu kitabı yenidən çap etmək istəsə də bunu biz istəmədik. Marketinq daim yenilənməlidir. Ona görə də keçən ilin oktyabr ayından başlayaraq bu ilin avqustuna kimi facemark.az-da yazısı çıxanları yenidən bir araya toplayıb nəşr edəcəyik. O gün facemark.az əməkdaşı Qəmzə xanım mənə bu ana olan siyahını da verdi. Xeyli dəyişiklik var. Amma Siz də marketinq, reklam, pr, digital və əlaqəli sahələrdə yazırsınızsa, bu kitabda yer ala bilərsiniz. Hələ ki, gec deyil, bütün yazılarınızı toplu şəkildə olsa belə bizə göndərə bilərsiniz. Biz onları hissə-hissə o zamana qədər facemark.az saytında yayımlacağıq və oktyabr 2016-də yenilənmiş “Bugünün Marketinqi 2″ kitabını oxuculara təqdim edəcəyik, Allahın köməyilə. Odur ki, buyurun !

Niyə “Bugünün Marketinqi” əvəzedilməzdir?

Ona görə ki, orada yazan yazarlar hər biri müxtəlif sahələrdə hazırda da çalışırlar. Birbaşa işin içində, biznesə daha yaxındırlar. Onlar nəzəriyyəni də bilirlər, bilməsələr zatən yaza da bilməzdilər. Amma parallel olaraq da praktiki olaraq işin içindədirlər. Marketinqdə çalışan, bu işə yeni başlayan üçün təsəvvür edirsinizmi ki, necə qızıl mənbədir. Sıravi oxucu, Azərbaycanda marketinq, şirkətlərin marketinq aktivlikləri və onların şərhini başqa harda əldə edə bilər ki. Çox sevinirəm ki, Bugünün Marketinqi universitetlərin də kitabxanasına praktik kitab kimi salınıb. Eləcə də inanıram ki, “Bugünün Marketinqi 2″ kitabı da öncəki kimi çox uğurlu olacaq. Gücümüz yetdiyi qədər də bu ənənəni qorumağa, davam etdirməyə çalışacağıq. Və bunu kimsə üçün yox, yaşadığımız dövlətin inkişafı üçün faydalı iş görmək adına edəcəyik, kiminsə xoşuna gəlmək, kiminsə tənqidinə dözmək adına deyil. Məqsədlərimiz qarşısında mövcud maneələr çox kiçik qalır. Ona görə hər birinizi öz doğru bildiyiniz yollarla olduğunuz yerin inkişafına töhvə verməyə çağırıram. Ən pis halda xeyrini Siz görməsəz də, övladlarınız, doğmalarınız, yaxınlarınız görəcək. Savadsız gənclik potensial kamikadze deməkdir. Buna qarşı mübarizə aparmaq isə çox real, çox rahat və də çox şərəflidir.

“Bugünün Marketinqi 2″ kitabının təqdimatında görüşənədək. Hələliksə, gecikmədən yazılarınızı info@facemark.az-a göndərin.

Facebook Comments
Share

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 307 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. Marketinq sahəsində isə yazılarımı Marketer Məhərrəm təxəllüsü ilə yazıram. Marketer Məhərrəm Azərbaycan reallıqlarında fəaliyyət göstərən, uğur qazanmağa çalışan marketoloq prototipidir. Yazılarımı oxuyaraq az da faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün yazını paylaşmanız yetərlidir. Hər hansı sualınız olarsa, hunaltay@gmail.com mail adresinə yazmanız kifayətdir. Öncədən təşəkkürlər.

Həmçinin oxuya bilərsiniz

Tədbirlər 0 Comments

FİF2017-yə 3 gün qalır

Aprel ayı bizim üçün çox sıx, çox gərgin keçdi. Bugün də mayın 2-dir və bizim Maliyyə və İnvestisiya Forumuna cəmi 3 günümüz qalır. Forumun işləri o qədər çoxdur ki, task

Share
Tədbirlər 0 Comments

FIF2017 III panel moderator və spikerlərin çıxışlarının video yazısı

Gəldik 3-cü panelə. Bilirsiniz ki, bizim tədbirlərimiz bütöv gün davam edir. Bu çox çətindir. Həm təşkilatçılar üçün, həm də iştirakçılar üçün. Çünki səhər 9-dan axşam 6-ya kimi informasiya ilə yüklənmək

Share
Tədbirlər 0 Comments

Bugünün Marketinqi 2-dən xəbər var!

Dostlar, bilirsiniz ki, biz son sürət DMC2016 hazırlıqlarına başlamışıq. Keçən il açılışa özəl 33 yazarın 130 məqaləsindən ibarət “Bugünün Marketinqi” kitabını çap edib satışa çıxardıq. Sevinirəm ki, keçən ilin oktyabrından

Share

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın