Cinema Plus vs Park Cinema – facebook fan səhifə təhlili

Cinema Plus vs Park Cinema – facebook fan səhifə təhlili

Bir müddətlik fasilədən sonra yenidən Sizinlə növbəti təhlili paylaşıram. Bu dəfə mən ölkəmizin 2 böyük kinoteatr şəbəkəsini CinemaPlusParkCinema-nın facebook fan səhifələrini müxtəlif parametrlər üzrə dəyərləndirəcəm. Bildiyiniz kimi Socialbakers ilə əməkdaşlıq çərçivəsində biz aylıq olaraq yerli şirkətlərimizin sosial şəbəkə aktivliyini təhlil edirik. Məqsədimiz həm təhlil edilən şirkətləri, həm də bu yazını oxuyan digər şirkət əməkdaşlarını beynəlxalq səviyyədə istifadə edilən keyfiyyət kriteriyaları ilə tanış etmək, o parametrlərdən daha effektiv istifadədə yardımçı olmaqdır. Bu dəfəki təhlildə biz ilk dəfə 2016-cı ili bütövlükdə, yəni ilk 5 ayını bir yerdə təhlil edəcəyik. Beləliklə,

Təhlil müddəti – Son 5 ay ( 1 yanvar 2016 – 31 may 2016)

Təhlil edilən sahə: Kinoteatr

Təhlil edilən obyektlər: CinemaPlus və Park Cinema

Təhlil edilən platforma: Rəsmi facebook fan səhifə

Qiymətləndirmə sistemi: 5 ballıq şkala

Ümumi fan sayına görə kinoteatrlarımızın durumu aşağıdakı şəkildə verilib.

1

Distribution of Fans - CinemaPlus - Park Cinema - 2016-6-1

Təhlil:

Ciddi faktor olmasa da lokal fanların faiz nisbətinə görə CinemaPlus öndədir – 94%. Bu parametrə görə Cinemaplus 2, Park Cinema 1 bal alır. Park Cinemada, məsələn, 6000-ə yaxın Gürcüstandan fan var.

1. Səhifə postlarının sayı / number of page posts

Number of Page Posts - CinemaPlus - Park Cinema - 2016-6-1

Təhlil:

Orta gündəlik 14.86 post sayı ilə Park Cinema 11.97 orta gündəlik postla Cinema Plus-a qalib gəlir. Bu parametrə görə Park Cinema 2, Cinema Plus 1 bal alır. Qeyd edim ki, əsəs orta gündəlik postlardan daha çox post bölgüsü, o postlara olan reaksiyalardır. Ona görə də bu bəndə cüzi qiymətləndirmə etdik.

2. Səhifə post növlərinə görə sıralama

Distribution of Page Post Types - CinemaPlus - Park Cinema - 2016-6-1

Təhlil:

Video və linklərdən Cinema Plus daha çox istifadə edir, nəinki Park Cinema. Yuxarıdakı cədvəldən bunu aydın görə bilərsiniz. Baxmayaraq ki, 1500 şəkil paylaşımına qarşı eyni müddət üçün Park Cinema 2000 şəkil paylaşıb, yenə də faiz nisbəti ciddi rol oynayır. Buna görə də Cinema Plus 3, Park Cinema 2 bal alır.

3. Fan postların sayına görə

Number of Fan Posts - CinemaPlus - Park Cinema - 2016-6-1

Təhlil:

Park Cinemada orta gündəlik 30.41 fan dəyişikliyi baş verirsə, CinemaPlus-da bu rəqəm 2.51-dir. Eyni zamanda Park Cinemada orta gündəlik 45 fan post olursa, rəqibdə bu 34-dür. Fanların diqqəti səhifə üçün ciddi rol oynadığına görə bu parametrdə Park Cinema 3, Cinema Plus 2 bal alır.

4. Most Engaging Posts Overview

3

4

Təhlil:

Burada ən çox interaction alan postları görürsünüz. Bütün digər parametrlərdə Park Cinema üstün görünür. Lakin, Cinema Plus 2597 share alan postu olduqca yüksək nəticədir. Hətta reklam olsa belə, 2597 share etmək üçün fanı məcbur etmək olmaz. Məhz bu göstəriciyə görə Cinema Plus 3, Park Cinema 2 bal alır.

5. Orta aylıq interaction növlərinə görə faiz bölgüsü

Evolution of Interactions - CinemaPlus - Park Cinema - 2016-6-1

Distribution of Interactions - CinemaPlus - Park Cinema - 2016-6-1

Təhlil:

Burada açıq-aşkar Park Cinema üstündür. Bu göstərici səhifə üçün ciddi rol oynayır. Bu parametrə görə Park Cinema 5, Cinema Plus 3 balır. Comment və share sayına görə Park Cinema üstündür, lakin faiz etibarilə yerinə görə paylaşım və şərh faizi Cinema Plusda çoxdur. İstənilən halda ümumi aktivlik Park Cinemada daha çoxdur.

6. Ortalama 1000 fana görə aylıq interaction sayı

Number of Interactions per 1000 Fans - CinemaPlus - Park Cinema - 2016-6-1

Number of Interactions per 1000 Fans - CinemaPlus - Park Cinema - 2016-6-1 (1)

Təhlil:

Əlavə şərh vermədən yuxarıdakı göstəricilərə diqqət edə bilərsiniz. Burada da Park Cinema-nın aşkar üstünlüyü var. Park Cinema 5, Cinema Plus 4 bal.

7. Socially Devoted indeksi (istifadəçi suallarına cavab vermə indeksi)

Response Rate for User Questions - CinemaPlus - Park Cinema - 2016-6-1

Total Share of Voice - CinemaPlus - Park Cinema - 2016-6-1

Təhlil:

89%-in 45%-ə nəticə ilə Park Cinema istifadəçi suallarına qarşı daha diqqətlidir. Bu parametrə görə Park Cinema 4, Cinema Plus 3 bal alır.

8. Facebook səhifə istifadə / funksionallıq

Bu parametrdə hər iki səhifənin ən bəyənilməyən xüsusiyyəti səhifəni rus dilində idarə etmələridir. Ən az iki dildə aparmaq olardı. Amma səhifəyə əlavə app-lar qoşulmasına görə Cinema Plus Park Cinemadan daha öndədir. Eyni zamanda fotoların keyfiyyəti və yazılan statuslarda qaydalara riayət etmə də Cinema Plusun xeyrinədir. Bu parametrə görə də Cinema Plus 5, Park Cinema 4 bal alır.

YEKUN:

Toplamda 9 parametr üzrə qiymətləndirmə etdik. Bu dəfə daha çox şərh vermədik. Yekun olaraq nəticələr belədir:  Cinema Plus 26, Park Cinema 28 bal. Simvolik qiymətləndirmədə qalib olan Park Cinemanı təbrik edirik. Ümidvarıq ki, bu nəticələri hər bir səhifə ayrılıqda təhlil edib sonrakı mərhələdə daha yaxşı nəticələr sərgiləyəcəkdir.

Növbəti araşdırmalarda görüşmək diləyilə…

Facebook Comments
Share

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 307 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. Marketinq sahəsində isə yazılarımı Marketer Məhərrəm təxəllüsü ilə yazıram. Marketer Məhərrəm Azərbaycan reallıqlarında fəaliyyət göstərən, uğur qazanmağa çalışan marketoloq prototipidir. Yazılarımı oxuyaraq az da faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün yazını paylaşmanız yetərlidir. Hər hansı sualınız olarsa, hunaltay@gmail.com mail adresinə yazmanız kifayətdir. Öncədən təşəkkürlər.

Editor review

Summary

Bu dəfə mən ölkəmizin 2 böyük kinoteatr şəbəkəsini CinemaPlus və ParkCinema-nın facebook fan səhifələrini müxtəlif parametrlər üzrə dəyərləndirəcəm. Bildiyiniz kimi Socialbakers ilə əməkdaşlıq çərçivəsində biz aylıq olaraq yerli şirkətlərimizin sosial şəbəkə aktivliyini təhlil edirik. Məqsədimiz həm təhlil edilən şirkətləri, həm də bu yazını oxuyan digər şirkət əməkdaşlarını beynəlxalq səviyyədə istifadə edilən keyfiyyət kriteriyaları ilə tanış etmək, o parametrlərdən daha effektiv istifadədə yardımçı olmaqdır. Bu dəfəki təhlildə biz ilk dəfə 2016-cı ili bütövlükdə, yəni ilk 5 ayını bir yerdə təhlil edəcəyik.

Həmçinin oxuya bilərsiniz

Marketinq 0 Comments

Marketoloq ucuz və keyfiyyət arasında qalarsa

Bu il artıq 10 il olacaq ki, marketinq sferasında çalışıram. Bugünə qədər demək olar ki, bazarda birbaşa və ya dolayı yolla işləmədəyim şirkət demək olar ki, qalmayıb. Eləcə də tanımadığım

Share
Marketinq 0 Comments

Son 3 aya əsasən 4 böyük bankın facebook fan səhifə təhlili! Kim neçəncidir?!

Ötən bloqumda yazdığım kimi Socialbakerslə əməkdaşlığım çərçivəsində aylıq mütəmadi olaraq Azərbaycan və xarici şirkətlərin sosial media aktivliyini müqayisə edəcəm. Məqsəd həmin şirkətlərin öz fəaliyyətini təhlil edib səhvlərini düzəltməsi, güclü tərəflərini

Share
Marketinq 0 Comments

MMF2017-də nələrə fikir verməliyik

Dostlar, may ayı dediyimiz kimi bütövlükdə marketinq forumunun aktiv müzakirəsinin və gündəm olduğu aydır. İyun ayı isə biz hissə-hissə çıxışlardan video görüntüləri paylaşacağıq. Bu dəfə daha rahat-rahat izləyib şərhlər verə

Share

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın