Digitalda da AIR havası

Digitalda da AIR havası

Dostlar, bilirsiniz ki, artıq 4 ildir ki, Marketing AİR təlimləri keçirilir. Oktyabr ayından isə 9-cu belə praktik marketinq təlimləri start götürəcək və 2 ay boyunca davam edəcək. Bu dəfəki konseptimiz – “Birincilərə Qoşul” adlanır. Bizim üçün Marketing AİR məzunları birincilərdir, onlar öz işlərində də, əlavə marketinq adına gördükləri işlərlə də bunu sübut ediblər. Və təsadüfi deyil ki, bir zamanlar bəlkə də zarafatla dediyimiz “Marketing AİR təlimlərinə rəqib elə Marketing AİR məzunları ola bilər” sözü indi həqiqətə çevrilib. Bugün satış və marketinq sahəsində öz sözünü demiş, bu işə tam həvəs və bütün professionallığı ilə qoşulmuş AİRçi dostlarımız var. Bugün biz özümüz o dostlarımızın təlimlərində təlimçi oluruq. Sağ olsunlar ki, bizi də dəvət edirlər :)

Bəli, bu dəfə mən Sizə Digital AİR haqqında məlumat vermək istəyirəm. Əslində Digital AİR öz facebook səhifəsində niyə Digital AİR sualına çox yaxşı cavab verib. Mən bir daha onu Sizə aşağıda paylaşıram.

1. Siz bu sahədə fərqli sahələrdə çalışan mütəxəssislərin təcrübəsi ilə tanış olacaqsınız. Hər mövzunu bu sahədə uğur qazanmış mütəxəssislərin öz təcrübəsindən dinləyəcəksiniz.

2. Təlimlər 1 ay boyunca, həftədə 3 dəfə, işdən sonra ( 19:00 – 21:00 ) davam edəcək. 2 Sentyabr – 03 Oktyabr

3. Həmkarlarınızla tanış olacaq, onlarla birlikdə öz praktiki biliklərinizi inkişaf etdirəcəksiniz.

Qeydiyyat linki: http://bit.ly/29CtYpN – Məndə olan məlumata görə son 4 yer qalmışdı və qeydiyyat müddəti də bitib.

Elə o gün Digital AİR qeydiyyatdan keçən iştirakçılarla görüşə biz də dəvət edilmişdik. İnsanların nə qədər istəkli, real praktik təcrübəni öyrənməyə nə qədər meylli olduqları gözlərindən oxunurdu. Maraqlı söhbətimiz də alındı. Eyni zamanda aydın oldu ki, biz bəzən SMM haqqında ən son yenilikləri təqib və tətbiq edərkən ən bəsit şeylərin icrasında səhvlər buraxırıq. Bunu isə bizə heç kim demir və biz o səhvləri buraxmağa davam edirik. Nəticədə daha yüksəkliklər uğrunda savaşarkən alçaq nöqtələri əldən veririk, tam olmuruq. Digital AİR Sizə məhz kənardan Sizə adi, “bunu onsuz da bilirəm” dediyiniz bir çox şeyin real görüntüsünü təqdim edəcək.

Digital AİR bir ay müddətində Demirchi Tower-də keçiriləcək. Əsas 2 təlimçi və qonaq təlimçilər olacaq. İstər əsas, istərsə də qonaq təlimçilər digital üzrə öz sözünü demiş mütəxəssislərdir. Əsas təlimçilərdən Pərviz Əzimov rəqəmsal marketinqə aid ilk bələdçi kitabın müəllifidir. Özü də bundan öncə Timwe-də eyni sahə üzrə çalışıb.  Hazırda da Technol – Azərbaycanın ilk avtomobil yağı brendi olacaq şirkətdə marketinq direktorudur. Pərvizin digitala aid yazdığı öz ana dilimizdə olan kitabı bu sahəyə məlumatı bugünə qədər “ordan-burdan” oxuyan dostlarımız üçün əvəzzsiz mənbədir. Əsas təlimçilərdən Aysel xanımı da məncə bu sektorda çalışan hər kəs tanıyır. Aysel xanım istər Bank of Baku, istərsə də hazırda Kapital Bankda topladığı zəngin təcrübə ilə hələ çox deyəcək sözü vardır. Bundan əlavə də O, Milli Marketinq Forumunun PR, reklam və digital platformalarda irəlilədilməsinin əsas aparıcı qüvvəsidir. Qısa müddət ərzində öz üzərində çalışaraq zəngin təcrübə qazanmış AİRçi dostlarımızdan biridir. AİR3 məzunları ümumiyyətlə çox aktivdirlər. Onların hər birinə fürsətdən istifadə edib salamlarımı göndərirəm :) Hər biri öz üzərlərində çox çalışırlar. Mən əminəm ki, yaxın illərdə şirkətlərimizin top menecmentində biz onlara şirkətinə və cəmiyyətinə faydalı işlər görən insanlar olaraq tanıyacağıq. Qonaq təlimçilər də sektorun ən yaxşı mütəxəssisləri olacaq. Marketing AİR-də iştirakçılar arasında güclü bağ olubsa, əminəm ki, eyni şey Digital AİR-də də olacaq. Digital AİR digital sahədə olan təlimlərə yeni nəfəs gətirəcək, digital sahədə yeni güc yox, mövcud gücə daha çox güc qatacaq. Gəlin, Siz də görün, Siz də faydalanın deməkdən başqa bizə söz buraxmırlar :)

Digital AİR sentyabr ayının 2-si, Marketing AİR isə oktyabr ayının 1-i başlayacaq. Bundan əlavə Digital Marketing Conference-ə də ciddi hazırlaşırıq. Digər AİR-çi dostlarımız isə yenə oktyabr ayı üçün MİRF hazırlıqlarına başlayıb. (Milli İnsan Resursları Forumu). Gündəmimiz boldur, şükür Allaha. İllər öncə “Biz paylaşırıq” deyib çıxdığımız yolda maneələrə baxmadan çalışmaqdan, əziyyət çəkməkdən böyük həzz alırıq.

Növbəti dəfə daha faydalı olmaq ümidi ilə….

 

Facebook Comments
Share

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 307 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. Marketinq sahəsində isə yazılarımı Marketer Məhərrəm təxəllüsü ilə yazıram. Marketer Məhərrəm Azərbaycan reallıqlarında fəaliyyət göstərən, uğur qazanmağa çalışan marketoloq prototipidir. Yazılarımı oxuyaraq az da faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün yazını paylaşmanız yetərlidir. Hər hansı sualınız olarsa, hunaltay@gmail.com mail adresinə yazmanız kifayətdir. Öncədən təşəkkürlər.

Editor review

Summary

biz bəzən SMM haqqında ən son yenilikləri təqib və tətbiq edərkən ən bəsit şeylərin icrasında səhvlər buraxırıq. Bunu isə bizə heç kim demir və biz o səhvləri buraxmağa davam edirik. Nəticədə daha yüksəkliklər uğrunda savaşarkən alçaq nöqtələri əldən veririk, tam olmuruq. Digital AİR Sizə məhz kənardan Sizə adi, "bunu onsuz da bilirəm" dediyiniz bir çox şeyin real görüntüsünü təqdim edəcək.

Həmçinin oxuya bilərsiniz

Tədbirlər 0 Comments

FIF2017-dən xatirə qalanlar

Maliyyə və İnvestisiya Forumundan öncə 5 illik MMF, DMC təcrübəmiz vardı. Amma bunlar öz ixtisasımız idi. Sonra ilk dəfə maliyyə sahəsində də özümüzü sınamağa cəhd etdik. Artıq bu cəhdin reallaşmasından

Share
Tədbirlər 0 Comments

MMMF2014-də bilməli və əməl etməli olduğumuz 14 fakt

Bu gün çox gözəl gündür. 28 may – Azərbaycanda Respublika Günüdür. Bu münasibətlə hər kəsi təbrik edirəm və tariximizlə qürur duyduğumu bildirmək istəyirəm. Keçək mövzuya. Artıq sabah, yəni 29 may

Share
Tədbirlər 0 Comments

Marketerlərin 2013 “Quba üsyanı” və gələcək planlar

Bu gün istirahət günü olduğundan bizim üçün ən böyük zövq və istirahət olan Marketing AİR haqqında İlkin və Anar müəllimlə düz 6 saat müzakirə apardıq. Bu haqda İlkin müəllim yaxın

Share

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın