DMC2016-da açılış nitqim və MMF2013-ə xatirə keçidi

DMC2016 artıq 20 gün olur ki, bitib. Avqust ayından aktiv PR işlərinə başlamışdıq. 20 gündür bitməsinə baxmayaraq hələ dekabarın 25-dək təşkilati komandanın iş planı var. ARB TV-dən bütün videoların ilkin formasını aldıqdan sonra onları digər professional montajçı ilə qrafikə uyğun işləyirik. Gördüyünüz kimi həftədə 1-2 çıxış olmaqla yayımlayırıq. Spikerlərin çıxışlarına maraq və baxış sayı da çox şeyi deyir. Bu gedişlə düz dekabra kimi yenə də marketinq icması üçün DMC top trend olaraq qalmağa davam edəcək. İrəlidə hələ xeyli maraqlı çıxışlar var. Yanvardan isə artıq yorğunluğun ikinci fazasına, MMF2017 hazırlıqlarına keçəcəyik.

line0524a

Yuxarıda Sizə acizanə şəkildə açılış nitqimi təqdim edirəm. Sözün düzü öncədən hazırlaşsam da səhnəyə çağrılmam anidən alındığına görə mikrofonu götürməyi unutdum, o andan da bütün çıxışı tamam fərqli formatda qurdum :) Bədahətən, ürəkdən nə gəldisə paylaşmağa çalışdım. İlk öncə onu deyim ki, səhnəyə baxanda çox fərqli hisslər keçirdim. Biz bunu bacarmışdıq. Zal ağzına qədər dolu idi. 300-dən çox şirkət qeydiyyatdan keçib, müəllim – səhnəyə çıxmamışdan qabaq təşkilati komandadan birinin qapı tərəfdən gələn səsi qulağımda idi. Kim nə deyir-desin faydalı olmaq çox gözəl hissdir. 500-dən çox sıravi yox, nə istədiyini bilən, onun üçün də bu tədbirə gələn şirkət rəhbəri, meneceri önündə görüb qürurlanmamaq mümkün deyil. Bütün bunlar yaxşı və pis tərəfli ilə birgə Azərbaycan marketinqinin tarixidir. Və biz bunu xarici dəstəkçi, məsləhətçi istifadə etmədən öz yerli, güclü spikerlərimiz və komandamız və nəhayət öz yerli şirkətlərimizlə birgə edə bildik. Bugünlərdə bütün iştirakçılara spiker təqdimatları və təşəkkür maili göndəriləcək. İnşallah gücümüz çatdığı qədər bu ənənəni qorumağa çalışacağıq. Fürsətdən istifadə edib ən çox əziyyət çəkən həmtəsisçimiz Aysel xanıma və təşkilati komadanın rəhbəri Günel Muradzadəyə təşəkkür edirəm. Necə deyərlər, Allah əvəzini versin :)

2013-cü ili indiki kimi xatırlayıram. Çox çətin idi həm təşkilati komanda yığmaq, həm şirkətləri bu işə cəlb eləmək, həm bu iş üçün vaxt tapmaq, həm də resurs tapmaq. Hər kəs xarici forum və festivallara məmnuniyyətlə pul xərcləməyə üstünlük verirdi. Dolların 78 olan vaxtı idi, manatın qılıncının dalı da, qabağı da kəsirdi. Camaat altı-bazar minib təyyarəyə konfransa dəyib qayıdırdılar :) Gəlib yerli mütəxəssislərə niyə qulaq assınlar ki. Spikerlər də bir ayrı aləm idi. Yanımda kim olacaq, başqa kim iştirak edəcək, o varsa mən yoxam, mən varamsa, o yoxdur kimi sözlər zad. O vaxta qədər amma çox xarici forumlarda iştirak etmişdik, arzu və bir az da əlçatmaz görünürdü. Marketing AİR təlimlərində də eyni riski edib uğurlu olduqdan sonra başqa çıxış yolu qalmırdı. Etməsən, düşündüyünün səhv və ya doğru olduğunu necə biləcəksən ki. Etmək şərtdir. 2013-cü ildə bizə inanıb dəstək verənlər olmasaydı, bugünlərə gəlmək mümkün olmazdı. IB Club, Yello, çap işində Daşqın müəllim, 28cinema rəhbəri Rüfət Abbasov, NLP Akademi və neçə-neçə insanlar. AİR məzunları ilk forumda texniki komandada, sonrakılarda təşkilati, digərlərində hətta spiker kimi çox uğurlu çıxış edənləri də oldu. 4 il ərzində karyera inkişafları necə deyərlər göz önündə oldu.

"Bugün məndən soruşsalar ki, 5 ildir keçirilən MMF, 2 ildir olan DMC-nin uğurunun kökündə nə dayanır, yəqin ki, digər həmkarlarım da mənim verdiyim bu cavabı verərlər – Qarşılıqlı faydalı olmaq, heç kimi küçümsəməmək, komandada olan hər kəsin sərbəst inkişafı üçün problemsiz şərait yaradılması, deyilənlərə fikir verməyib zəhmətlə çalışmaq. Bu qədər sadədir. "

"Heç kimə “uşaqdır” deməyəcəksən, o cür yanaşmayacaqsan. İnsanın ana bətnində öyrəndiyi şeylər deyil bunlar. Sonradan və zamanla qazanılır, zəhmətlə qazanılır. Siz də dünən üçün uşaq idiniz, bugün böyük. Bugünün gənci sabahın professionalıdır, sadəcə ona lazım olanda dəstək olmaq lazımdır. O uğurlu olandan sonra sizin dəstəyiniz uğurdan pay alma, daldan atılan daş effekti verəcək. Və əmin olun ki, bunu həmin gənc hamıdan yaxşı görəcək, gülüb keçəcək. Zaman heç nəyin fərqinə varmadan gedir, əvəzlənmə xoşluqla olmasa, zorla və nəticəsi xoşunuza gəlməyən formada baş verəcək. Seçim Sizindir. Bir də belə məsələlərdə çalışıb təmənna güdməyi son plana atmaq lazımdır. Xalqın gözü tərəzidir, amma tutaq ki də deyil. O ki, görür. Elə deyil?!"

Baxın, bu fotolar MMF2013 bitəndən sonra çəkilmişdi. Doğma insanlar, doğma simalar…

468572_368284939938544_128720557_o

MMF2013 - himn ilə açılış

MMF2013 – himn ilə açılış

Facebook Comments
Share

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 275 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. Marketinq sahəsində isə yazılarımı Marketer Məhərrəm təxəllüsü ilə yazıram. Marketer Məhərrəm Azərbaycan reallıqlarında fəaliyyət göstərən, uğur qazanmağa çalışan marketoloq prototipidir. Yazılarımı oxuyaraq az da faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün yazını paylaşmanız yetərlidir. Hər hansı sualınız olarsa, hunaltay@gmail.com mail adresinə yazmanız kifayətdir. Öncədən təşəkkürlər.

Editor review

Summary

Bugün məndən soruşsalar ki, 5 ildir keçirilən MMF, 2 ildir olan DMC-nin uğurunun kökündə nə dayanır, yəqin ki, digər həmkarlarım da mənim verdiyim bu cavabı verərlər - Qarşılıqlı faydalı olmaq, heç kimi küçümsəməmək, komandada olan hər kəsin sərbəst inkişafı üçün problemsiz şərait yaradılması, deyilənlərə fikir verməyib zəhmətlə çalışmaq. Bu qədər sadədir.

Həmçinin oxuya bilərsiniz

Tədbirlər 0 Comments

Niyə Satış Forumu?

Hazırkı iqtisadi şəraitdə bir çox şirkətlər satışdan ciddi şəkildə asılı hala düşüb. Həm qlobal iqtisadi dəyişikliklər, həm də rəqabətin bu halda artması şirkətlərimizdən satışı artırmaqdan əlavə, ən pis halda öncəki

Share
Tədbirlər 0 Comments

Marketerlərin Novruz görüşü baş tutdu

Bununla artıq 3-cü ildir ki, daha doğrusu Marketinq Azərbaycan qrupu yaranandan bu tərəfə hər il Novruz bayramında marketerlərin əyləncəli görüşünü edirik. İlk dəfə Dalida restoranında, sonra Şəki restoranı, son dəfə

Share
Tədbirlər 0 Comments

“Bugünün Marketinqi 2″də SƏN də YAZ

Dostlar, bilirsiniz ki, keçən il DMC2015 günü, 31 oktyabrda biz maraqlı bir yeniliyə imza atdıq. Hər kəsin bol-bol tənqid etdiyi yazarlarımızın yazılarını bir araya gətirib 440 səhifəlik kitab halına saldıq.

Share

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın