DMC2017 nahar, kofe-breyk qiymətləndirməsi və izləyici rəyləri

DMC2017 nahar, kofe-breyk qiymətləndirməsi və izləyici rəyləri

Bundan öncəki yazıda DMC2017 spikerlərinin reytinqi haqqında yazmışdıq. Əvvəl də dediyimiz kimi toplam tədbir boyunca 2074 geri dönüş almışıq. Mərhələli şəkildə geri dönüşləri həm Sizinlə paylaşırıq, həm də özümüz üçün təhlil edib nəticə çıxarırıq. Bugün də növbəti belə Qmeter səsverməsinin nəticəsi haqqında danışacağıq.

Beləliklə,

  • DMC2017 boyunca göndərilən bütün smslər və alınan geridönüşlərə əsaslanaraq 3.42% çox pis, 4.63% pis, 22.66% neytral, 30.91% yaxşı, 38.38% isə çox yaxşı olaraq qiymətləndirib. Ümumi götürəndə 68% insan konfransı müsbət qiymətləndirib deyə bilərik. 
  • Göndərilən smslərə yazılan fikir və qiymətləndirmələrə görə SLI (service level of indicator) 59.4-dür. 

dmcsli

SMS-lər vasitəsilə gələn əsas təklif, irad və qeydlər isə aşağıdakı kimidir. Onların bəzilərini seçib olduğu kimi təqdim edirəm. Səsvermə və rəylər anonim olmadığından paylaşılmasında da problem yoxdur.

sms

  • Nahar fasiləsini də iştirakçılar ayrıca qiymətləndirib. 2.22% çox pis, 8.89% pis, 29.63% neytral, 34.07% yaxşı, 25.19% çox yaxşı olaraq qiymətləndirib. SLI indeksi 35.6 – dır. 
  • Kofe-breyk fasiləsini də həmçinin auditoriya qiymətləndirib. 2.44% çox pis, 2.44% pis, 13.41% neytral, 31.71% yaxşı, 50% isə çox yaxşı deyə qiymətləndirib. Ümumi SLI indeksi kofe-breyk üçün 62.2-dir. 
  • Təşkilatçılığı izləyicilər 100-dən 64.21, mövzunun aktuallığı – 62.3, təqdimat bacarıqları 59.4, moderasiyanı isə 36.3 SLİ olaraq qiymətləndiriblər.

Nəticə:

  • Ümumilikdə nəticələrdən də göründüyü kimi tədbirin özünü 60% auditoriya istəklərini qarşıladığımızı düşünürük. Növbəti tədbirlərdə 2000-dən çox geri-dönüşün hər birini təhlil edib səhvləri aradan qaldırmağa cəhd edəcəyik. Ən azı növbəti dəfə üçün üçün SLI indeksi 59.4-dən daha çox nəticə almaqdır.
  • Auditoriya tərəfindən bildirilən iradları da təhlil etdik. Düşünürük ki, spiker sayını auditoriyanın da qeyd etdiyi kimi azaltmalıyıq. Əvəzində spiker seçiminə daha diqqət edib eyni zamanda əlavə aktivlikləri artırmalıyıq. Çünki insanlar həqiqətən də günboyu yorulur. Bizim konfrans da gün ərzində davam edən tək-tük maarifləndirici tədbir olduğu üçün araya stress və yorğunluğu götürən nələrsə qatmaq mütləqdir.
  • Nahar məsələsinə gəldikdə nahar tərəfdaşımız Lime Catering-dən çox razıyıq. Həqiqətən də işinin peşəkarları və ildən-ilə xidmət səviyyəsini artırmaları göz önündədir. Amma bizdən də asılı olmayan səbəblərdən 600 insanın eyni anda rahat yemək yeməsini təmin etmək çox çətindir. Bunun üçün növbəti tədbirlədə başqa çıxış yolları düşünəcəyik.
  • Kofe-breyk indeskimiz 62.2-dir. Demək ki, çox böyük əksəriyyət bu hissədən razı qalıb. Fürsətdən istifadə edib Hookie Cafe-yə təşəkkür edirik.

Növbəti yazıda isə Sizinlə DMC2017 izlənmə statistikalarını paylaşacam. Bununla da dekabr sonuna kimi dmc səhifə üzrə aktivliklərimiz tamamlanmış olacaq. Avqust ayında start verdiyimiz prosesi şükürlər olsun ki, bütün səhv və çatışmamazlıqları nəzərə almaqla uğurla başa vurduq. Və təbii ki, konfransın uğuru həm də ona bu müddətdə dəstək verən sponsorlar sayəsində mümkün oldu. Onların hər birinə təşəkkür edirik. Növbəti tədbirlərdə də onlarla əməkdaşlıq etməkdən böyük məmnunluq duyarıq. Əminik ki, dmc2017 sponsorlarımızın da brend mövqelərinin güclənməsində rol oynaya bildi.

Facebook Comments
Share

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 307 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. Marketinq sahəsində isə yazılarımı Marketer Məhərrəm təxəllüsü ilə yazıram. Marketer Məhərrəm Azərbaycan reallıqlarında fəaliyyət göstərən, uğur qazanmağa çalışan marketoloq prototipidir. Yazılarımı oxuyaraq az da faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün yazını paylaşmanız yetərlidir. Hər hansı sualınız olarsa, hunaltay@gmail.com mail adresinə yazmanız kifayətdir. Öncədən təşəkkürlər.

Editor review

Summary

Təşkilatçılığı izləyicilər 100-dən 64.21, mövzunun aktuallığı - 62.3, təqdimat bacarıqları 59.4, moderasiyanı isə 36.3 SLİ olaraq qiymətləndiriblər.

Həmçinin oxuya bilərsiniz

Tədbirlər 0 Comments

MMF2014-ün ilk gününə olan maraqlı şərhlər, tvitlər

Əziz dostlar, bu gün MMF2014-ün ilk gününü geridə qoyduq. Bu haqda hələ çox yazılacaq. Qısaca onu deyim ki, bugün həştəqimiz aztwi-də top trend oldu. Bu gün həm də ANS TV

Share
Tədbirlər 0 Comments

Marketing AIR 8-də hansı mövzulardan danışacam

Ötən bloq yazımda Marketing AİR 8 haqqında ətraflı yazmışdım. Bu dəfə isə Sizinlə budəfəki təlimdə nələrdən danışacağam, hansı mövzulara, hansı istiqamətlərə toxunacağam ondan yazacam. Ötən dəfə AİR-lə bağlı 3-lükdə görüşüb

Share
Tədbirlər 0 Comments

Bugünün Marketinqi 2-dən xəbər var!

Dostlar, bilirsiniz ki, biz son sürət DMC2016 hazırlıqlarına başlamışıq. Keçən il açılışa özəl 33 yazarın 130 məqaləsindən ibarət “Bugünün Marketinqi” kitabını çap edib satışa çıxardıq. Sevinirəm ki, keçən ilin oktyabrından

Share

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın