Doktor Ziya ilə “Meqapolis” verilişində müzakirə (səs yazısı)

Doktor Ziya ilə “Meqapolis” verilişində müzakirə (səs yazısı)

Əziz dostlar, dünən dostumuz Doktor Ziyanın Antenn Fm-dəki “Meqapolis” verilişində qonaq oldum. Bu arada bilməyənlər üçün xatırladım ki, Doktor Ziya (soyadını bilmirəm :) ) bu ilki Milli Marketinq Forumu 2016-nın Şəxsi Brendinq Panelində spiker olacaq. Düşünürəm ki, uzun illər maraqlı layihələrlə yadda qalan Doktor Ziyanın şəxsi brendinq təcrübəsi hamımız üçün maraqlı olacaq. Xüsusən də Azərbaycanda radio aparıcılar həm də marketoloq olmaq, ən az marketoloq kimi düşünmək məcburiyyətindədirlər. Bunu yaxşı bacaran aparıcılardan biri kimi maraqlı bir çıxış olacağını gözləyirik. Bu belə.

Dünənki verilişin mövzusu isə Azərbaycanda reklam bazarının hazırkı vəziyyəti idi. Mövzuya da Ziya bəy maraqlı giriş vermişdi – bir neçə il öncə də deyirdilər ki, reklam bazarı can verir, indi də. Niyə? :) Həqiqətən də maraqlı yanaşmadır. Digər qonaq isə internet reklamı ilə məşğul olan agentliklərdən biri olan Universal reklamdan Elxan Mahmudov idi.  Verilişə tıxaclar səbəbindən geciksəm də, heç nəyi qaçırmamaq üçün yoldaca qulaq asmağa başladım. Çox sağ olsunlar ki, gözlədilər :) Səs yazısında da gecikdiyim üçün çıxışım 15-ci dəqiqədən başlayır.

Veriliş boyu çox səmimi müzakirə getdiyini deyə bilərəm. Aşağıda Sizə çox danışmadan verilişin səs yazısını təqdim edəcəm. Rahat-rahat boş zamanınızda qulaq asa bilərsiniz. Qısa olaraq onu deyim ki, verilişdə biz çoxlarının danışmağa risk etmədiyi mövzulara da toxunmağa çalışdıq.

P.S. İşdən çıxıb tıxacda evə gedə-gedə qulaq assanız, zamanınıza da qənaət etmiş olarsınız. :) Xoş dinləmələr.

Facebook Comments
Share

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 305 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. Marketinq sahəsində isə yazılarımı Marketer Məhərrəm təxəllüsü ilə yazıram. Marketer Məhərrəm Azərbaycan reallıqlarında fəaliyyət göstərən, uğur qazanmağa çalışan marketoloq prototipidir. Yazılarımı oxuyaraq az da faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün yazını paylaşmanız yetərlidir. Hər hansı sualınız olarsa, hunaltay@gmail.com mail adresinə yazmanız kifayətdir. Öncədən təşəkkürlər.

Editor review

Summary

Antenn Fm-də Doktor Ziyanın Meqapolis verilişində qonaq oldum. Verilişin audio yazsını bloqumda dinləyə bilərsiniz.

Həmçinin oxuya bilərsiniz

Tədbirlər 0 Comments

FIF2017 III panel moderator və spikerlərin çıxışlarının video yazısı

Gəldik 3-cü panelə. Bilirsiniz ki, bizim tədbirlərimiz bütöv gün davam edir. Bu çox çətindir. Həm təşkilatçılar üçün, həm də iştirakçılar üçün. Çünki səhər 9-dan axşam 6-ya kimi informasiya ilə yüklənmək

Share
Tədbirlər 0 Comments

Yığışın, gəlin bizə

07 yanvar 2017 – marketerlərin ənənəvi yeni il görüşü olacaq Marketinq Azərbaycan qrupu yaranandan ilboyu fərqli aktivliklər, görüşlər edirik. Xatırladım ki, qrup 2012-ci ilin avqustunda yaranıb və bugünə 11300-dən çox

Share
Tədbirlər 0 Comments

Marketerlərin 2013 “Quba üsyanı” və gələcək planlar

Bu gün istirahət günü olduğundan bizim üçün ən böyük zövq və istirahət olan Marketing AİR haqqında İlkin və Anar müəllimlə düz 6 saat müzakirə apardıq. Bu haqda İlkin müəllim yaxın

Share

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın