FIF2017 II panel moderator və spikerlərin çıxışlarının video yazısı

FIF2017 II panel moderator və spikerlərin çıxışlarının video yazısı

FIF2017-də II panel də öz rəngarəng çıxışları ilə yadda qaldı. Xüsusilə KPMG Azərbaycanın İdarəedici Partnyoru Vüqar bəyin moderatorluq xüsusiyyətləri çox yüksək səviyyədə idi. Vüqar bəy özü çox məşğul insandır, eyni zamanda ölkədə az-az olur, amma buna baxmayaraq bir neçə səfərini təxirə salıb tədbirimizdə iştirak etdi. Fürsətdən istifadə edib Vüqar bəyə bir daha təşəkkür edirəm.

PMD Group-dan Fərid Musayevi isə hələ Modern Holdinqdə olarkən tanıyırdım, daha doğrsu eşitmişdim. Onu tanıyan hər kəs şəxsi və intellektual bacarıqlarının çox yüksək olmasını bildirirdi. Bizim forumda da çox faydalı çıxışı ilə yadda qaldı. Azərbaycanda Private Equity & Venture Capital Ekosistemi haqqında danışdı. Fuad Kərimov Kapital Bazarı Klubu, İnvestAz-dan Orxan Bağırov Borc Alətləri Bazarı, Azersun Holdinqdən Uğur bəy Sığorta şirkətlərinin Azərbaycanın Maliyyə Bazarındakı Rolu mövzusunda çıxış etdilər.

Bu videolara baxdıqca yeni-yeni maliyyə sektoruna daxil olan menecerlərə müsbət mənada paxıllığım tutur. Biz universitetdə oxuyanda ancaq xarici youtube linklərindən olan və bizim bazara o qədər də aid olmayan məlumatlarla tanış olurduq. İndi isə sektorun ən professional mütəxəssislərindən birbaşa faydalı, praktik məlumatlar əldə etmək mümkündür. Biletin bahalığından şikayətlənənlər üçün də youtube-a bütün çıxışları yükləmişik, daha bundan artıq nə olsun? :) Baxaq, faydalanaq.

Aşağıda Sizə II panelin bütün çıxışlarını, eyni zamanda çox maraqlı keçən sual-cavab bölümünü təqdim edirəm.

Facebook Comments
Share

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 302 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. Marketinq sahəsində isə yazılarımı Marketer Məhərrəm təxəllüsü ilə yazıram. Marketer Məhərrəm Azərbaycan reallıqlarında fəaliyyət göstərən, uğur qazanmağa çalışan marketoloq prototipidir. Yazılarımı oxuyaraq az da faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün yazını paylaşmanız yetərlidir. Hər hansı sualınız olarsa, hunaltay@gmail.com mail adresinə yazmanız kifayətdir. Öncədən təşəkkürlər.

Editor review

Summary

FIF2017 II panel moderator və spikerlərin çıxışlarının video yazısı

Həmçinin oxuya bilərsiniz

Tədbirlər 0 Comments

MMF2013-də 30 manatın sirri

29-30 may 2013-cü il Azərbaycanda marketinq sahəsində bir İLK yaşandı. Bu haqda artıq günlərdir ki, danışırıq, müzakirələr aparırıq. Gedişatı facebookdan hamımız izlədik. Forumdan da artıq 10 gün keçir. Açığı yorğunluqdan

Share
Tədbirlər 0 Comments

Marketerlərin 2013 “Quba üsyanı” və gələcək planlar

Bu gün istirahət günü olduğundan bizim üçün ən böyük zövq və istirahət olan Marketing AİR haqqında İlkin və Anar müəllimlə düz 6 saat müzakirə apardıq. Bu haqda İlkin müəllim yaxın

Share
Tədbirlər 0 Comments

Milli İnsan Resursları Forumu 2016 – fəxr edirik

Sevindirici haldır ki, artıq ölkəmizdə il ərzində biznes sektoruna aid tədbirlər əvvəlki illərlə müqayisədə xeyli artıb. İldə bir dəfə MMF, bir dəfə DMC, bir dəfə MİRF, 2 dəfə Marketing AİR

Share

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın