FMR TV-də iki aktual mövzu – MMF2015 və “Vitamin”

FMR TV-də iki aktual mövzu – MMF2015 və “Vitamin”

Əziz dostlar, bir müddətlik fasilədən sonra nəhayət ki, FMR TV-də yeni verilişlər çəkdik. Bir-birindən maraqlı 6 verilişimizdən artıq 2-ni yayımlamışıq. Digər 4-nü isə zamanla müzakirənizə təqdim edəcəyik. Mətləbə keçməmişdən öncə tanımayanlar üçün bildirim ki, FMR TV Marketing AİR məhsulu olub artıq 2 ildən çoxdur fəaliyyət göstərir. Azərbaycanın ilk internet marketinq televiziyasıdır. Sevindirici haldır ki, heç bir əlavə dəstək və yardım olmadan Marketing AİR komandasının öz gücü hesabına sektora öz dəstəyimizi verməyə çalışırıq. İnşallah ki, bu müddət ərzində faydalı ola bilmişik. İndi keçək mətləbə.

Bu dəfəki verilişlərimizdən biri MMF2015-ə, yəni hər il ənənəvi olaraq keçirdiyimiz Milli Marketinq Forumu-na həsr edildi. Məlumat üçün deyim ki, artıq növbəti həftədən biletlər 28 Cinema-nın kassalarında satışda olacaq, eyni zamanda sayt vasitəsi ilə də online olaraq əldə edə biləcəksiniz. Bu il forumda bizi bir çox yeniliklər gözləyir. Bu haqda çox danışmadan Sizi aşağıdakı videoya baxmağa dəvət edirəm.

Videodan gördüyünüz kimi bu il daha maraqlı olacaq. “Olimpə doğru” şüarı ilə 30-dan çox şirkət və spikerin iştirakı ilə hazırkı iqtisadi durum şəraitində uğur, inkişaf perspektiv və reallıqlarını müzakirə edəcəyik.

FMR TV-də ikinci verilişimiz isə “Vita1000″ brendinin son zamanlar geniş müzakirə olunan rebrendinqi ilə bağlı idi. Bildiyiniz kimi marketoloqlar arasında bu rebrendinq birmənalı olaraq qarşılanmırdı. Marketinq Azərbaycan qrupunda da mövzu ətrafında xeyli müzakirə getmişdi. Biz də elə buna əsaslanaraq verilişi Marketinq Azərbaycan qrupunda gedən müzakirə zamanı yazılan şərhlər əsasında qurduq. Düşünürəm ki, maraqlı alınıb. Aşağıda Sizə həmin verilişi təqdim edirəm. Mühakimə etmək və faydalanmaq, səhvlərdən sığırtalanmaq isə Sizin məsuliyyətinizdədir artıq. Şəxsi fikrim olaraq onu deyə bilərəm ki, ideya baxımından bir çox çeşidlərdə məşhur ədiblərin yazdıqlarının fərqli təqdimatı uğurludur. İstənilən marketinq aktivliyinin məqsədi müştərilərin diqqətini cəlb etməkdir ilk növbədə. Məhz bunu “Vitamin”in bacardığını rahat-rahat söyləyə bilərik. Vizuallıq baxımından isə daha çox dizaynerlər qiymət verə bilər deyə çox şey deməyəcəyəm. Yeganə narahat olduğum məqam odur ki, biz bu və bunun bənzəri digər aktivliklərdə adətən nədənsə marektoloq olmaqdan daha çox kopirayter və ya dizayner olmağa üstünlük veririk, “vətən, millət təəssübkeş”liyi etməyə başlayırıq. Düşünürəm ki, bunlar ümumi aspektdə onu edən şəxsə o qədər də fayda verməz. Çox danışmadan mövzunu aşağıdakı video ilə davam etdirək.

 

Facebook Comments
Share

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 307 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. Marketinq sahəsində isə yazılarımı Marketer Məhərrəm təxəllüsü ilə yazıram. Marketer Məhərrəm Azərbaycan reallıqlarında fəaliyyət göstərən, uğur qazanmağa çalışan marketoloq prototipidir. Yazılarımı oxuyaraq az da faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün yazını paylaşmanız yetərlidir. Hər hansı sualınız olarsa, hunaltay@gmail.com mail adresinə yazmanız kifayətdir. Öncədən təşəkkürlər.

Həmçinin oxuya bilərsiniz

İntervyular 0 Comments

Xəzər Tv “Vitrin” verilişinin qonağı kimi “Gözəllik sektorunun xüsusiyyətləri” mövzusunda danışdıq.

Əziz dostlar, bu dəfəki bloq yazımda Sizinlə Xəzər TV-də yeni yaradılmış “Vitrin” verilişindəki çıxışımı paylaşacam. İlk öncə Xəzər TV-ni həmişə bu cür yenilikləri ilə tamaşaçılarını sevindirdiyi üçün təbrik edirəm. Bu

Share
İntervyular 0 Comments

Azərbaycanda marketinq (müsahibə)

Dostlar, bu yaxınlarda Azpublika saytı üçün MBA-dan tanıdığım tələbələrdən olan Aysel xanımın təşəbbüsü ilə söhbətləşdik. Mövzumuz isə ümumən marketinq, Azərbaycanda marketinqin hazırkı vəziyyəti haqqında idi. İstədim həmin müsahibəni bloq oxucularımızla da

Share
İntervyular 0 Comments

“Müştəriyə təsir edən üsullar” – Xəzər Xəbər müsahibə

Əziz dostlar, bu yaxınlarda tanınmış kanallarımızdan olan Xəzər Tv-nin Xəzər Xəbər proqramında “Müştəriyə təsir edən üsullar” mövzusunda kiçik intervyu ilə çıxış etdim. Aşağıdakı videodan da gördüyünüz kimi son zamanlar müştəri

Share

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın