“Gillette”in brendinqi və “Coca-Cola”nın gözəl banneri

Bu gün bir çoxlarımız iş gününün ilk dəqiqələrini xəbər saytlarında keçiririk. Xarici və yerli xəbər saytları bir-birindən dizayn və mövzusuna görə çox fərqlənir. Azərbaycanda hardasa 15-20 arası müxtəlif tipli xəbər saytları var. Onların içində rus və azərbaycan dilli xəbər saytlarını mütləq ayırmaq lazımdır. Rus-dilli saytlarının içində son zamanlar məşhur olan Day.az idi ki, o da nə oldusa, bilmirəm, amma reytinqi çox aşağı düşüb əvvəlkilə nisbətdə. Azərbaycan dilli saytlarda isə Lent.az-ı yenə də nisbətlə başqalarından ayırmaq olar. Qalanları istər dizaynı, istər tematikası baxımından stabil vəziyyətə çata bilməyib demək olar. Hətta Lent.az özü belə son bir neçə ayda bir neçə dəfə dizaynına dəyişiklik edib. Məsələn, mən hər gün ən azı 1 dəfə bu saytı başdan ayağa “darayıram”. Əsasən reklam, dizayn nöqteyi nəzərindən yanaşdığıma görə digər saytların adını çəkmirəm. Məsələn, sırf informasiya baxımından oxuduğum saytlar içində Azadlıq.org və Musavat.com da var, lakin bu saytlar dizyan və reklam baxımından çox darıxdırıcı gəlir. Rus-dillilərdə isə ən çox bəyəndiyim 1news.az-dır. Qərara gəldim ki, bu yaxınlarda xəbər saytlarının sorğusunu keçirim, amma sorğunu keçirməmişdən öncə qısaca fikirlərimi bölüşmək istəyirəm.


1news.az 2007-ci ildən fəaliyyət göstərir, yəni artıq 5 ildir. İlk illərdə bir az bayağı görünüşü vardı. Lakin sonradan eşitdim ki, reklam hüquqlarını 2011-ci ildə New-Media adında bir agentlik alıb. Agentlik əsasən internetdə reklam yerləşdirməsi ilə məşğul olur, eyni zamanda reklam hüquqlarını aldığı saytlara həm də marketinq konsaltinq xidmətləri göstərir. Bu arada yadımdan çıxmamış qeyd edim ki, sayt ilk açılanda əsas səhifədə 16 reklam banneri vardı ki, New-Media-dan sonra bu yer 4-ə endi. Demək ki, düzgün imiş. Yəqin bunun nəticəsidir ki, qısa zaman sonra sayt öz dizaynında dəyişiklik etdi və ən əsas da day.az-ın kinoteatra bənzəyən reklam bannerləri kimi yox, daha az və sadə banner yerləri əlavə etdilər. Reklamlar artıq artmağa başladı və çalışdığım şirkət də bu saytda reklam verməyə başladı və statistikadan görürəm ki, ən çox keçid və bannerə baxış sayı məhz bu saytdandır. Hazırda 670 minə qədər aylıq unikal və 1 300 000-dən çox ümumi giriş sayı ilə ön sıralardadır. Facebookda da 58000-ə yaxın fanla ön sıralardadır. Google Analytics məlumatlarına ətraflı aşağıdakı şəkildə baxa bilərsiniz.

Kifayət qədər ciddi rəqəmlərdir, amma mən əsas buna yox, bu gün diqqətimi çəkən bir məqama toxunmaq istəyirəm. Saytın idman bölməsində “eşələnərkən” çox bəyəndiyim 2 şey oldu. Biri “Gillete”in saytın idman bölməsini rebrendinq etməsi, digəri isə “Coca-Cola”nın qeyri-standart  “expandable banner”i oldu. Saytın bir bölməsinin bu cür rənglərə uyğun, ahəngi pozmadan brendinqini açığı ilk dəfə görürəm və də səhv etmirəmsə, bu Aznetdə ilk belə brendinqdir. Brendinqi məndə olan məlumata görə New-Medianın sifarişi ilə Starcom Mediavest Group edib. Brendinq üçün target də çox düzgün, yəni idman bölməsi seçilib. 
Digər çox bəyəndiyim və öncəkilərdən fərqli olan Coca-Cola banneri oldu. Banner “expandable” tiplidir, yəni ilk öncə kiçik ölçüdə mausla interaktiv hərəkətlər etmək mümkündür (bu misalda musiqinin mausla musiqinin səsini azaldıb-çoxaltmaq olur) daha sonra isə banner daha da böyüyür və bannerin içində reklam çarxı yayımlanır. İlk başdan çox zəhmətli bir iş olduğu açıq görünür. Çəkilən zəhmətdən daha çox bannerin onu izləyən insanı qətiyyən yormamasıdır. Bu amil özlüyündə çox vacibdir və şəxsən mən izləyərkən əhvalıma müsbət təsir etdi. Aşağıda print-skrin etdiyim şəkilləri paylaşıram.
Uzun zamandı elə istəyirdim ki, xəbər saytları, xüsusən 1news haqqında yazım. Bu gün idman bölməsindəki 2 uğurlu reklamı görəndən sonra durmadım, yazdım. Bir neçə gün sonra isə bütün facebooka xəbər saytlarının sorğusunu buraxacam, görək, bizim fb istifadəçilərimiz nəcə düşünür. Sevinirəm ki, Azərbaycanda saytına bu cür dəyər verən və yeniliklə ayaqlaşan xəbər saytı, onu doğru istiqamətləndirən agentlik və hədəf qrupunu çox yaxşı götür-qoy edə bilən, müəyyən edə bilən şirkətlərimiz var. Əslində bir xəbər saytının özünün marektinq və konsaltinq xidmətlərini agentliyə tapşırması özlüyündə çox təqdirəlayiq və cəsarətli addımdır. Yazını oxuyanlar yəqin indi bildilər ki, niyə mənim üçün 1news birincidir.
Facebook Comments
Share

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 307 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. Marketinq sahəsində isə yazılarımı Marketer Məhərrəm təxəllüsü ilə yazıram. Marketer Məhərrəm Azərbaycan reallıqlarında fəaliyyət göstərən, uğur qazanmağa çalışan marketoloq prototipidir. Yazılarımı oxuyaraq az da faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün yazını paylaşmanız yetərlidir. Hər hansı sualınız olarsa, hunaltay@gmail.com mail adresinə yazmanız kifayətdir. Öncədən təşəkkürlər.

Həmçinin oxuya bilərsiniz

Brendinq 0 Comments

Marketinqdə keçərli olan hərb strategiyaları (II hissə)

Bu yazının əvvəlki hissəsini buradan oxuya bilərsiniz. Qısa bildirim ki, marketinqdə hərbidən keçən strategiyalar haqqında danışırıq. 5-i haqqında ötən yazıda danışdıq. İndi isə keçək növbətilərinə. İctimai qınaq, ictimai dəstək bütün

Share
Brendinq 0 Comments

Marketinqdə keçərli olan hərb strategiyaları (I hissə)

Hamımız bilirik ki, marketinqin kökü hərb elmi ilə sıx bağlıdır. Minillər boyunca dünyanın gördüyü minlərlə müharibədə elə bir o qədər də qalib gəlmə strategiyaları var. Müharibə həm də sağ qalmaq

Share
Brendinq 0 Comments

Avtostop – zəhmətin təcəssümü

2010-cu ildən avtomobil idarə edirəm. Məni tanıyanlar bilir ki, haqqımı israrla müdafiə etməyi sevirəm. Təbii ki, haqqımı bilirəmsə, öyrənmişəmsə. Bakıda avtomobil idarə etmək nə deməkdir bunu məndən daha yaxşı bilərsiniz.

Share

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın