Keyfiyyətli yerli təlimlər əvəzsizdir

Keyfiyyətli yerli təlimlər əvəzsizdir

Ötən ay yenə Sat Group ilə Şamaxı Şərədil oteldə təlimimiz var idi. Bu dəfə isə satış direktorları, satış nümayəndələri üçün idi. Təlimdən olduqca böyük zövq aldım. Auditoriya səninlə birgə müzakirələrdə aktiv olanda çox maraqlı nəticələr ortaya çıxır. Əsas da hamıya faydalı olur. Sevindirici haldır ki, artıq böyük şirkətlərin nümayəndələri aktiv şəkildə təlimlərlə maraqlanır, yeni nələrsə, öyrənmək istəyirlər. Və bütün bunları ən çox yerli təcrübəsi olanlardan eşitməyə maraqlıdırlar.

Həmin proqramda yazdığım kimi mən də iştirak edirdim. Mövzum “Satış prosesi, satış alətləri, satış xətaları” idi. Təxminən 5-6 saatlıq təlim proqramı idi. İştirakçılar çox həvəsli idi. Çünki yerli bazardan nümunələr daha inandırıcı, daha realdır. Bu yaxınlarda həm də Michael Bang-ın təlimində oldum. 3 günlük təlim proqramı da satışla bağlı idi. Faydalı yeni şeylər öyrəndim təbii ki. Amma səmimi deyim ki, yerli təcrübədə, işdə tətbiq edəcəyimiz şeylər o qədər də çox deyildi. Ona görə də marketinq yerli adaptasiyanı çox sevir. Marketinq alətləri yerlərə görə çox dəyişir.

Bizi tanıyan dostlar bilir ki, bizim gizlin heç nəyimiz yoxdur. Biz çox rahat şəkildə istənilən təlimdən fotolar, videolar yayımlayırıq. Həm təlimçi, həm iştirakçılar açıqlanır. Bəlkə də Sizin tez-tez gördüyünüz “yüzdən çox şirkətə təlim və konsultasiya” sözündəki qeyri-müəyyənlik, mücərrədlik bizdə ola bilməz. Məsələn, mən növbəti bloq yazılarımda silsilə olaraq həmin təlimlərdə toxunduğumuz mövzulardan danışacam. Daha ətraflı açıqlamalarla bloq oxucularına çatdırmağı düşünürəm. Təbii ki, bu heç bir halda proqramın özünün real effektini verə bilməz, amma 60% əhatə edəcəyinə əmin ola bilərsiniz. Bundan başqa bizim və dostlarımızın təşkil etdiyi bu tip proqramlar həmişə iştirakçı bolluğu ilə seçilib. Elə bu dəfə də xeyli sayda böyük şirkət 3 gün ərzində sırf bu təlimlər üçün Şərədil otelə gəldi, həm əyləndi, dincəldi, həm də öyrəndi. Aşağıda Sizə rahatlıqla həmin şirkətlərin və iştirakçıların adını da yaza bilərəm. Buyurun,

s/n Ad soyad Çalışdığı şirkət 
1 Ramil Nasibov Konsis-direktor
2 İlham Abdullayev West Product Marketing|bolge mudiri
3 Emin Abbasov West Product Marketing|bolge mudiri
4 Əbülfəz Quliyev Piramida Ads/direktor
5 Orxan Hüseyn Fotoxalça
6 Aysel Əmirova Fotoxalça
7 Asif Xasməmmədov Alloil -avtomobil yaglari -online satış
8 Afət Rüstəmova LTS MMC/ marketinq menecer
9 Emin Kazımlı Volumed
10 Araz Bayramov Medika Hospital/baş həkim
11 Səbuhi Meydərli Volumed
12 Rasim Dəmirli BHE Consulting/satış və marketinq müdiri
13 Kazım Kazımov Gilan Holding Lenkeran Beton zadovu/ direktor
14 Fuad Hacıyev F-Group Academy-direktor
15 Ülvi Süleymanlı Network Tecnologies
16 Məftunə Muxtarova Network Tecnologies
17 Tərlan Əzizov Egotech- tehlukesizlik kameralari
18 Orxan Qasımov LifeGuard -tehlukesizlik kameralari
19 Vüqar Şəhnirov İkiqapılı topdansatış
20 Mehman Vəliyev İkiqapılı tpdansatış
21 Sarvan Aslanov Gobustone
22 Daşqın İmayılov Buxar Mühəndislik
23 Şahin Səfərov Röyal Döşək
24 Zaur Vəliyev Azertexnolayn
25 Günel Vəliyeva Azertexnolayn
26 Fəxri Nəbiyev Hidro-Park
27 Elxan Quliyev Azertexnolayn
28 Rahim Səmədov Hidro-Park
29 Ceyhun İsgəndərov Azertexnolayn
30 İlxas Şabandayev Ayan MMC
31 Kənan Bayramlı Ayan MMC
32 Kamran Nəcəfov Ayan MMC
33 Samir Quliyev Ayan MMC
34 Əli Bayramov Ayan MMC
35 Füzuli Həsənov Ayan MMC
36 Anar Nəbiyev Destec-Proqlamlaşdırma
37 Tural Ələkbərov Superfon-mobil telefon ve aksesuarlar
38 Emin Əsgərov Superfon-mobil telefon ve aksesuarlar
39 İsmayıl Rəhimov Superfon-mobil telefon ve aksesuarlar
40 Sərxan Quliyev Superfon-mobil telefon ve aksesuarlar

Dostlarımıza güvənib öz əməkdaşlarını göndərən şirkətlərə, şirkət sahiblərinə dərin təşəkkür edirik. Ümidvarıq və inanırıq ki, 3 günlük bu təlimlər onların işi üçün çox faydalı oldu. Növbəti təlimlərdə görüşənədək.

P.S. Bu arada qeyd edim ki, 17-18 dekabr Sat Group Korporativ Satış Kursuna start verir. İri müştərilərin tapılması, korporativ satış texnikaları, planlama və sistemli iş, təcrübəli mütəxəssislərin hazırladığı unikal təlim proqramı, bol praktiki nümunələr, praktiki tapşırıqlar, praktiki texnologiya Sizin üçün maraqlıdırsa, iştirak edə bilərsiniz.

Facebook Comments
Share

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 275 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. Marketinq sahəsində isə yazılarımı Marketer Məhərrəm təxəllüsü ilə yazıram. Marketer Məhərrəm Azərbaycan reallıqlarında fəaliyyət göstərən, uğur qazanmağa çalışan marketoloq prototipidir. Yazılarımı oxuyaraq az da faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün yazını paylaşmanız yetərlidir. Hər hansı sualınız olarsa, hunaltay@gmail.com mail adresinə yazmanız kifayətdir. Öncədən təşəkkürlər.

Editor review

Summary

Bizi tanıyan dostlar bilir ki, bizim gizlin heç nəyimiz yoxdur. Biz çox rahat şəkildə istənilən təlimdən fotolar, videolar yayımlayırıq. Həm təlimçi, həm iştirakçılar açıqlanır. Bəlkə də Sizin tez-tez gördüyünüz "yüzdən çox şirkətə təlim və konsultasiya" sözündəki qeyri-müəyyənlik, mücərrədlik bizdə ola bilməz.

Həmçinin oxuya bilərsiniz

Reklam festivalları 0 Comments

Digital Marketing Conference 2016-ya hazırsınız?

Dostlar, hər il olduğu kimi bu il də DMC hazırlıqları yüksək səviyyədə davam edir. Bugün istədim Sizinlə hazırlıqlardan danışım, gedişat barədə hələlik dəqiq olan məlumatları bölüşüm. Məkan haradır? Bu ilin

Share
Marketinq 0 Comments

Pokemon Go ilə Cost Per Visit reklam ödənişi gəlir

Son 1 həftədir yerli və xarici saytların hamısının gündəmi – Pokemon Go-dur. 90-cı illərdə Pokemon oyununu yəqin ki, xatırlayanlar var. İndi isə onun Pokemon Go “uzantısı” dünyanı bir-birinə qatıb. Cəmi 4-5

Share

Marketing AİR 10 başladı

Bəli, zarafat-zarafat artıq 10-cu Marketing AİR-ə başladıq. Marketing AİR haqqında çox bloq yazmışam. Hər dəfə də eyni həvəs və həyəcanla. Çünki mən uzun hədəfləri xırdalayıb özümü motivə edə bilirəm. Mütləq

Share

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın