İlkin Manafov Məhərrəmin qonağıdır

www.ilkinmanafov.com

Bu gün qonağımız var. O, hamımızın yaxşı tanıdığı ən aktiv marketoloq bloggerlərdən olan İlkin Manafovdur. İlkin, bir çox marketoloq dostların şəxsi bloqlarına qonaq olur. Bu gün də növbə Məhərrəmindir. Marketoloq Məhərrəmin blogunun login parolu həmişə bu cür proyektlər üçün açıqdır. Sözü verək qonağa:

Əziz oxucu, bu bloq yazımda mən yaxın dostum, Azərbaycanda ən kreativ marketinq direktorlarından biri olan Rafiq müəllimin mənə yaratdığı tribunadan istifadə edəcəm. Rafiqin bloqunda yazı yazmaq çox məsuliyyətli olduğunu qəbul edirəm və inanıram ki, yazı bloqa uyğun olacaq. 
Mən Sizinlə bu yazıda uğurlu marketoloq olmaq üçün ən vacib şərtlərdən biri olan peşəyə qarşı sevgidən danışacam. Beləliklə başlayaq?! 
Məndən soruşan olsa ki, dünyada ən sevdiyiniz peşə nədir?! Mən heç düşünmədən marketoloq deyərdim. Həqiqətəndə bu peşə insanda ətrafdakıları daha düzgün başa düşməyə təmin edir, həqiqətəndə bu peşə insanda sərhədsiz düşüncə və ən əsası ətrafdakı proseslərə, insanlara qarşı sevgi aşılayır. Marketinq bizə yalnız insanları sevməyi öyrətmir, həmçinin izah edir ki, sevgigiz marketinq olmaz. Bilirsiz niyə?!
Dostlar bizim peşədə uğur qazanmaq öz üzərində ciddi işləmək lazımdır. Deyə bilərsiniz ki, bu bütün peşələrdə belədir. Düzdür. Lakin marketoloq digər peşə sahibləri ilə müqayisədə daha çox oxumalı, daha çox düşünməlidir. Səbəbi çox sadədir. İnsan yer üzərində ən dəyişkən canlıdır, biz marketoloqlar isə öz işimizi məhz insan ehtiyyaclarının üzərində qururuq. Artıq yalnız insanların ettiyyaclarını öyrənmək və bu ehtiyyacları ödəmək azdır… bügün biz yeni ehtiyyaclar yaratmalıyıq!!! 
Dostlar bizim peşədə uğur qazanmaq üçün cəmiyyətdə gedən yeni tendensiyaları vaxtında və düzgün görmək vacibdir. Marketoloq yalnız, marketinq bilməli deyil. Holliwooda yeni kino çıxıb, birinci marketoloq təhlil etməlidir, yeni rep-ulduzu çıxıb birinci biz baxmalıyıq, birinci fast-food tipi çıxıb (misal üçün) yenədə birinci biz başa düşməliyik. Səbəb?! Səbəb cəmiyyətdə baş verən tendensiyaları biz düzgün qəbul etməli və öz istəklərimizə uyğun dəyişməliyik. 
Dostlar bizim peşədə uğur qazanmaq üçün keçmiş haqqında dolğun məlumata sahib olmalıyıq. Bəzən marketoloq tarixi, tarixçilərdəndə yaxşı bilməlidir, bəzən marketoloq etnoqrafiyanı öyrənməlidir, bəzən marketoloq psixoloqiyanı… və s. Bilirsizdə bunun üçün nə qədər insan enerjisi lazımdır?! Əlbətdə bilirsiz. 
Bəs Sizcə bunun üçün marketoloqa nə stimul olmalıdır?!
Maddi motivasiya?! Maddi motivasiya işçiyə 3 ay təsir edə bilər… bundan sonra?! Bundan nə olacaq?! Bundan sonra əgər işə sevgi varsa… motivasiya qalacaq, olmasa heç bir pul bunu kompensasiya edə bilməz. Ən qorxulusu isə budur ki, yalnız pula görə işləyəndə işdə uğur qazanmaq olmur, uğur üçün ürək lazımdır. Urəkli olmaq üçün isə, işə sevgi… 
Öz peşənə sevgi ilə yanaşırsansa, bu uğurun əsasıdır! İnsanda hər şeydən bezə bilər, lakin sevdiyi işdən bezməz. Sevdiyin işi görmək, özü bir dincəlməkdir. Bu iş marketinq kimi, intelektual düşüncə tələb edirsə, sevgi türklər demiş “olmazsa, olmaz” olur. 
Əsl marketoloq olmaq üçün öz işinə sevgi olmalıdır. Bu sevgi olmadan bu qədər işi ürəklə görmək mümkün deyil. İşinizə sevgi ilə yanaşın dostlar və ya daha asand yolu var: “Yalnız sevdiyiniz işləri edin!”

Mən demək olar ki, işləmirəm. Çünki gördüyüm hər bir iş mənə həzz verir. Bu əladır! Hər birinizə marketinqdən (işdən, həyatdan) həzz almağı arzulayıram.

Müəllif: PhD of Marketing, İlkin Manafov
Şəxsi bloq: www.ilkinmanafov.com
Facebook Comments
Share

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 307 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. Marketinq sahəsində isə yazılarımı Marketer Məhərrəm təxəllüsü ilə yazıram. Marketer Məhərrəm Azərbaycan reallıqlarında fəaliyyət göstərən, uğur qazanmağa çalışan marketoloq prototipidir. Yazılarımı oxuyaraq az da faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün yazını paylaşmanız yetərlidir. Hər hansı sualınız olarsa, hunaltay@gmail.com mail adresinə yazmanız kifayətdir. Öncədən təşəkkürlər.

Həmçinin oxuya bilərsiniz

Sərbəst 0 Comments

Şillə

Dostlar, həftəsonundan istifadə edib bu dəfə sərbəst yazı yazmaq istəyirəm. Sərbəst mövzular ləzzətli olur, ürəyin istəyən kimi yazırsan, yetər ki, yazanda ədalət hissini itirməyəsən. Fərqi yoxdur tərifləyirsən, ya tənqid edirsən.

Share
Sərbəst 0 Comments

Həqiqəti Enrikinin qucağında axtaranlar

Məktəbdə oxuyurdum. Allahdan bir az dəcəl məktəbimiz var idi. Direktor son sinif uşaqları ilə bacarmırdı deyə tez-tez polis çağırırdı. Biz də onda 8-9-da oxuyardıq. Günlərin bir günü yenə polis məktəbin

Share
Sərbəst 0 Comments

Manafovun doğum gününə özəl

Bu gün dostumuz İlkin Manafovun ad günüdür. Bu yazıda istəyirəm Sizlərə bir az Onu daha yaxından tanıdım. Həm də fürsətdən istifadə edib ad gününü təbrik edim. Bu arada hələ oxumamış

Share

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın