“Marketinq Parti-Marti”yə saatlar qalır. Bizi nələr gözləyir?!

“Marketinq Parti-Marti”yə saatlar qalır. Bizi nələr gözləyir?!

Əziz dostlarımız və marketinq azərbaycan qrupunun üzvləri. Bildiyiniz kimi bizim bu gün “Marketinq Parti-Marti” adını verdiyimiz görüşümüz var. Görüşə saatlar qalır, bu bloqu yazaraq qısa da olsa, Sizə bəzi vacib məqamları çatdırmaq istəyirəm. Elə yolüstü də oxumaq olar. Beləliklə:
  • Niyə yığışırıq?
Bu il bizim qrupumuzun yaranmasının 3 ili tamam oldu. Artıq 3 ildir ki, bu qrup Azərbaycanda marketinq sahəsində baş verən yeniliklərin episentri rolunu oynayır. Qrupun bu 3 il ərzində 20-dək fərqli aspektdə görüşləri, tədbirləri olub. Bu tədbirlərlə yüzlərlə adam qatılıb, yüzlərlə insan faydalanıb. Qapalı olan qrupumuzda hazırda 6200 üzv 800-dən çox şirkəti təmsil edir. Bütün bunları 3 ilə sığışdıra bilən qrupumuzun 3 yaşını ilk dəfə fərqli formatda qeyd etmək istəyirik. Bu həm 3 yaşımız, həm də qrup üzvlərinin bir-birini daha yaxından tanıya bilməsi üçün keçirilən tədbirdir. Ümumiyyətlə sektor adamlarının tez-tez görüşməsində faydadan başqa heç nə yoxdur, hər yeni görüş yeni ideyalar, yeni tanışlıqlar, bazara yeni nəfəslərin gəlməsi deməkdir.
  • Harada görüşürük, format necə olacaq?
Bu dəfə tədbirimizi Ramada Şıxov otelində keçiririk. Əminəm ki, məkan hamınızın xoşuna gələcək. Və bundan öncəki tədbirlərimizdə iştirakçıların bizə tutduğu ən böyük iradı bu dəfə aradan qaldırdıq. Yəni oturaq formada deyil, furşet stilində ayaq üstə duracağımız masalar olacaq. Bunun ən böyük faydası odur ki, Siz rahatlıqla bu masadan o biri masaya digər bir dostunuzun yanına gedə bilər, söhbət edə bilərsiniz. Oturaq olanda isə hamınız xatırlayırsınız ki, community imkanları bir xeyli zəifləyir. Ona görə də hamınız bol vizit kartları ilə gəlin. Təxmini 150-200 nəfərin iştirakı gözlənilir. Biz bu tədbirə təşkilatçılar olaraq çox hazılaşmışıq, keçirilən görüşlərin sayını belə itirdik. Əməyi keçən, hamıdan daha çox əmək sərf edən dostlarımıza buradan təşəkkür edirəm. Ələxsüs Marketinq Azərbaycan qrupunun xanım adminlərinə və kənardan dəstək olan aktiv xanım üzvlərimizə təşəkkürlər. Onlar hətta ən çətin hava şəraitində fədakarlıq edərək bu gün sizin də eşidəcəyiniz himni 3 saat ərzində studiyada yaza bildilər. Çox sağ olun, əziz xanımlar. Həmişə olduğu kimi bu dəfə də gücünüzü ortaya qoydunuz. Elə ən son görüşümüz dünən axşam gec saatlaradək keçirdik. Son görüşdən olan bir şəkili xatirə qalsın deyə Sizinlə də paylaşıram.
Marketinq Azərbaycan qrupu adminlərindən bir qrupunun son hazırlıq görüşü
  • Proqramımızda nələr var?
Gəldik əsas məsələyə. İlk öncə onu deyək ki, giriş yalnız və yalnız biletlədir. Biletləri əldə etmək yolları barədə məlumat vermişdik. Son 2-3 gün keçən çətin hava şəraitini də nəzərə alaraq, təşkilatçılar olaraq düşündük ki, bu dəfə iştirakçılara tədbir yerindən də bilet əldə etmək imkanı verək. Biletlərin kəsilən hissəsi var. Kəsilib Sizə verilən hissəni qətiyyən atmayın. Çünki həmin hissələr uduşda olacaq. Ümumi hesabla 50-yə  yaxın hədiyyəmiz var ki, onlar müxtəlif viktorinalarda Sizlərin arasında oynanılacaq. Uduş üçün də mütləq biletinizin kiçik hissəsi Sizdə olmalıdır.
Nəqliyyat məsələsi: 16:00-16:30 – arası 28 may metro stansiyasının girişinə yaxın ərazidə Ramada Otelinin avtobusu duracaq. Avtobusla rahat şəkildə tədbirimizə gəlmək istəyənlər istifadə edə bilər. Eyni zamanda tədbirdən sonra da həmin əraziyə avtobus iştirakçıları gətirəcəkdir. Arzu edənlər qeyd edilən tarixdə həmin yerdə ola bilərlər. Açığını desək, hamı bir yerdə deyərək-gülərək gəlmək daha zövq vericidir. Eyni zamanda dəstəkçimiz olan Ataksi də tədbirdə 10 nəfərə uduş şəklində evə pulsuz olaraq taksi ilə qayıtmaq imkanı verəcək. Sağ olsunlar.
Qeydiyyat: Otelin girişində qeydiyyat masaları olacaq. Xahiş edirik hər biriniz qeydiyyatdan mütləq şəkildə keçəsiniz. Bu tədbir boyu Sizə bir çox üstünlüklər verəcək. Qeydiyyat üçün xüsusi komanda Sizə lazım olan bütün köməkliyi göstərəcək. Fürsətdən istifadə edib “Sürprizim var” komandasına dərin təşəkkürlər.
Tədbirimizin 2 gözəl aparıcısı olacaq – Aytən və Yeganə xanım. Eyni zamanda tədbiri adminlər adından giriş sözü ilə Vaqif bəy, Cəbrayıl bəy və bəndəniz açacaq.
Ən maraqlı hissələrdən biri isə görüşümüzün himn demək böyük səslənsə də, kiçik bir himninin hazırlanmasıdır. Sözləri Teymur Məmmədovun olan himn “We are champions” mahnısının minusu ilə yazılıb. Düşünürəm ki, maraqlı olacaq. Himin yazılmasında əziyyət çəkən xanımlarımıza dərin təşəkkürlər.
Unutmamış qeyd edim ki, bizi həm də yüksək səviyyədə yemək-içmək gözləyir :) Menyumuz boldur, rahat əylənə, öyərənə və yeyə bilərsiniz :) Professional DJ tədbir boyu əlindən gələni əsirgəməyəcək, arada isə kiçik bir sürpriz müğənni dostumuz da var. Yuxarıda yazdığımız kimi maraqlı viktorinalar da var, qaçırmayın. Sona kimi qalmayan, məncə çox şey itirəcək. Oyunlarımızda aktiv olun ki, ömürdən daha bir gün daha çox yadda qalsın.
  • #partimarti – həştəqimizi unutmayın
Bu arada onu da bildirim ki, görüşümüz 2 professional fotoqraf və 1 HD kamera ilə çəkiləcək. Eyni zamanda həştəqimiz də aktiv olacaq, ekrandan izləyə biləcəksiniz. Kimin twitter hesabı yoxdursa, açsın indidən. Xahiş edirik ki, çəkdiyiniz video və şəkilləri bu həştəqlə yerləşdirin. Hadisə yerindən canlı-canlı xatirələr hamıya maraqlı olar, təbii ki.
  • Kimlər bizə dəstək oldu?
Girişdə brend-wall olacaq. Hər biriniz rahatlıq şəkil çəkdirə bilərsiniz. Brend-wall-da bizə dəstək olan bütün şirkətləri görə bilərsiniz. Buradan bütün təşkilatçılar adından dəvətnamə.az, Portfolio, Yello Ad, MediaMark, Facemark.az, by Sofi, Dəmirbank, Sirab, Ramada Otel,  Bakcell, Admedia, Vitamin, Ataksi, Sürprizim Var, New-Media, Andrew-Ties, Rabitə Bank-a təşəkkür edirik.
  • Bakcell ilə Marketoloqların qızıl tarifi də var, artıq 
Bir vacib məqamı da vurğulayım ki, Sizin də bildiyiniz kimi biz marketinq azərbaycan qrupu olaraq Bakcell ilə əməkdaşlıq müqaviləsi imzaladıq. Razılığa əsasən qrup üzvləri Bakcell-in sırf bizə özəl tarifindən yararlana biləcəklər. Bu haqda tədbirdə Bakcell nümayəndələri daha geniş məlumat verəcək. Eyni zamanda Bakcell-in xüsusi stendi olacaq ki, siz buradaca elə birbaşa həmin tarifə keçə biləcəksiniz. Tarix qrup üzvlərinə öz aralarında pulsuz danışıq, başqa bütün istiqamətlərə 4 qəpik, 5 gb interneti isə cəmi 6 azn-ə təklif edir. Digər maraqlı detallar da var ki, onu da tədbirdə eşidə biləcəksiniz. Bundan sonra inşallah bir çox aktivliklərimizdə Bakcell ilə birgə yeniliklərimiz edəcəyik. Təşəkkürlər, Bakcell. Bu haqda tədbirdən sonra dah geniş məlumat verəcəyik.
Yazıla biləcəklər bu qədər. Görə biləcəkləriniz isə 4-5 saat sonra. Siz də gəlin, özümüzük, başqa adam yoxdur. Görüşənədək.
Facebook Comments
Share

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 307 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. Marketinq sahəsində isə yazılarımı Marketer Məhərrəm təxəllüsü ilə yazıram. Marketer Məhərrəm Azərbaycan reallıqlarında fəaliyyət göstərən, uğur qazanmağa çalışan marketoloq prototipidir. Yazılarımı oxuyaraq az da faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün yazını paylaşmanız yetərlidir. Hər hansı sualınız olarsa, hunaltay@gmail.com mail adresinə yazmanız kifayətdir. Öncədən təşəkkürlər.

Həmçinin oxuya bilərsiniz

Tədbirlər 0 Comments

BOMBA qalibləri və nominantlarının təhlili

İlk dəfə keçirilən “Bomba” sosial media mükafatı barəsində daha öncə yazmışdım. Bir daha qeyd edim ki, Azərbaycanda biznes, marketinq, sosial media üzrə çox faydalı, lazımlı layihələrdən biridir. Ümidvaram ki, belə mükafatlandırma

Share
Tədbirlər 0 Comments

Krizis Parti – 2016-cı ilin ilk 30 manatlıq revalvasiyası

2015-ci il yaddaşımızda bir xeyli maraqlı hadisələrlə qaldı. Bunların içərisində iqtisadi baxımdan biz marketoloqlar üçün də çox vacib yeri  devalvasiya tutdu. Belə ki, azərbaycan manatı 2 dəfə devalvasiya uğradı. Biz

Share
Tədbirlər 0 Comments

DMC2017 nahar, kofe-breyk qiymətləndirməsi və izləyici rəyləri

Bundan öncəki yazıda DMC2017 spikerlərinin reytinqi haqqında yazmışdıq. Əvvəl də dediyimiz kimi toplam tədbir boyunca 2074 geri dönüş almışıq. Mərhələli şəkildə geri dönüşləri həm Sizinlə paylaşırıq, həm də özümüz üçün

Share

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın