Milli Marketinq Forumu 2016-dan xəbər var

Əziz dostlarımız, bildiyiniz kimi artıq fevral ayından başlayaraq komandamız MMF2016 üçün qollarını çırmalayıb gecə-gündüz çalışır. Çox sevinirik ki, inşallah artıq 4-cü il, 4-cü dəfə olacaq ki, biz milli marketinq forumu edirik. İlk dəfə çox çətinliklə də olsa 2013-cü ildə buna nail olduq. Dəyərli marketinq icmamızın da misilsiz köməyi və dəstəyi ilə zalı ağzına kimi doldurub öz sektorumuzun problem və inkişaf istiqamətlərini müzakirə etmişdik. Sonra MMF2014, MMF2015 və artıq MMF2016. Bəli, bu yazıda mən Sizə MMF2016 hazırlıqları barədə “qısa” məlumat verməyə çalışacam. Hələliksə, aşağıda Sizə MMF2016-nın rəsmi anons video çarxını təqdim edirəm:

Nə vaxt və harada?

4 ildir ki, ənənəmizə sadiq qalaraq forumu may ayında və Cinema Plus-da edirik. (əvvəlki 28cinema). İstər may ayının, istərsə də Cinema Plus-un bu baxımdan dəyəri bizim üçün ayrıdır. Lakin bu il gün fərqimiz var. Yəni, biz 27-28 may tarixlərində 2 gün olmaqla Sizinlə görüşəcəyik. Yeniliyimiz isə ondan ibarətdir ki, bu dəfə biz 2 günü cümə və şənbə günlərinə saldıq. Bilirik ki, 2 iş günü çoxlarımız üçün foruma qatılmaq problem olurdu. Onu nəzərə alaraq bu dəfə cümə və şənbə gününü çətin də olsa, seçdik. Çətin ona görə ki, o günlər kinoteatrların ən sıx günləri olur müştəri baxımından. Bu fədakarlığı etidiyi üçün də Cinema Plus-a təşəkkürümüzü bildiririk.

Proqram və panellər

Bu il bir yeniliyimiz də ondan ibarətdir ki, müzakirələrə daha çox yer verəcəyik. Proqramı da ona görə yeniləmişik. Proqram və spikerlər barədə ətraflı məlumata www.millimarketinqforumu.com saytından əldə edə bilərsiniz. Sayt demək olar ki, 90% tam hazır vəziyyətdədir. Xırda yenilənmələr də yaxın günlərdə tamamlanacaq. Texniki dəstəyinə görə də fürsətdən istifadə edib Azerizone komandasına təşəkkür edirəm.

Bu il də toplam 2 gün ərzində 6 panel, hər paneldə 4 spiker olmaqla, ümumi 30 nəfərə yaxın spikerin çıxışı planlaşdırılır. Panellər isə saytdan da gördüyünüz kimi bunlardır: Böhran dövründə marketinq strategiyası, Marketinq Kommunikasiyaları, Bloqçuluq və rəy liderliyi, Rəqəmsal Marketinq, Milli Keyslər, Şəxsi Brendinq. Bu il biz 3 yeni panel əlavə etmişik. Bloqçuluq və rəy liderliyi, Şəxsi Brendinq və Rəqəmsal Marketinq. Rəqəmsal Marketinq daha öncəki forumda olmuşdu, bir il aradan sonra və xüsusən də böhran dövründə bu panelə yer verməyə bilməzdik.

Forumun 2 günü üçün proqramı da buradan detallı incələyə bilərsiniz.

Spikerlərimiz kimlər olacaq?

Artıq 90% spiker siyahımız təsdiq edilib. Xırda əlavələr üzərində isə hələlik işləyirik. Spikerlərə saytdan da nəzər yetirə bilərsiniz. Linkdən linkə keçməyi xoşlamayanlar üçün mən bura da onların adını yazıram. Bu arada yazının yuxarısında Siz bu yaxınlarda spikerlərin bir qismi ilə keçirlən görüşümüzdən olan videoya baxa bilərsiniz.

Böhran dövründə marketinq strategiyası : Anar Bayramov (Dəmirbank), Fidovsi Xəlilov (Megafun), Anar Fəthəliyev (Chevrolet), Cəbrayıl Vəliyev (Embawood), Fəxri Ağayev (biznes konsultant)

Marketinq Kommunikasiyaları: Sabit Məmmədov (ANS), Elnur Nurəliyev (McCann Baku), Tural Abbasov (Mətanət A), Dilarə Bəylərova (Nar), Vüqar Məhərrəmov (Vitam)

Bloqçuluq və rəy liderliyi: Rafiq Vəliyev (Gilan), Davud Məmmədov (bloqer), Mehriban Həsənova, Ramin Musayev (autograph.az), Turanə Hüsynli (bloqer)

Milli Keyslər: İlkin Manafov (German Studio), İsmayıl Ələkbərov (Neuron), Xumar Məmmədbağırova (İdeal), Müşfiq Hseynov (Gilan), İlham Əliyev (Slavyanka)

Rəqəmsal Marketinq: Aysel Cəbrayılova (Kapital Bank), Elvin Hacı (e-hacı.net), Tural Bədirxanlı (Namo Media), Pərviz Əzimov (Timwe)

Şəxsi brendinq: Nigar Məmmədova, İlkin Həsənli (İlkMedia), Murad Dadaşov (MGP), Nərgiz Cəlilova

Yuxarıda yazdığım kimi siyahıda irəlidəki günlərdə cüzi dəyişiklik ediləcəkdir.

MMF2016-nın əsas dəstəkçiləri kimlərdir?

Təbii ki, biz hər il fərqli şirkətlərlə, dostlarımızla çalışırıq. Onların hər birinin dəstəyini bu 4 ildə çox yaxından hiss etmişik. Əminəm ki, onların hər birinin Azərbaycan marketinq tarixində xüsusi yeri olacaqdır. Bu il forumun bütün kreativ konsepti və vizualizasiyasını McCann Baku reklam agentliyi öz üzərində götürdü. Bizim üçün bu il bundan sonrakı forumlarda da istifadə edilmək üçün loqo və bir çox yeni konsept detalları hazırlandı. Gördüyünüz kimi sloqanımız olan “Böhrandan yeni dövrana” da onlara məxsusdur. Marketinq Azərbaycan – Azərbaycanın ən böyük marketinq qrupu isə bütün forumların fəxri təşkilatçısıdır. Texniki dəstək üçün Azerizone komandasına, çap və promo tərəfdaşımız olan Antaris şirkətinə, Marketing AİR, Facemark.az, Times Consulting, FMR TV, Admedia, New-Media, İnnab və VİTAM şirkətinə də xüsusi təşəkkürlərimizi bildiririk. Bu arada İNNAB şirkəti xüsusi mobil application hazırlayır, hansı ki, telefonunuza yükləyərək forum spikerlərinə forum gedə-gedə cavablandırması üçün suallar verə bilərsiniz.

İnformasiya dəstəyi baxımından isə bu il bir az fərqli davrandıq. MMF2016 eksklüziv informasiya partnyorumuz OXU.AZ və Avto FM (107.7 fm)-dir. Siz forumumuza aid eksluziv xəbərləri bu mənbələrdən ilk olaraq əldə edə biləcəksiniz.

Onu da qeyd edim ki, yaxında dəstəkçilərimiz siyahısına bəzi şirkətlər də əlavə olacaq. Saytımızda yenilik olan kimi məlumat verəcəyik. Məndə olan məlumata görə bir enerji içkisi və bir şirə brendi daha əlavə ediləcək. Əgər Siz və Sizin şirkətiniz də hansısa formada dəstək olmaq istəyirsinizsə, o zaman bizə – təşkilati komanda rəhbəri Aysel Cəbrayılovaya (jabrayilova.aysel@facemark.az)  yaza bilərsiniz.

Aparıcı və təşkilati komanda rəhbərimizi tanıyaq!

Bu arada unutmadan onu da qeyd edim ki, MMF2014-ün aparıcısı, MMF2015-in təşkilatı komanda rəhbəri Aysel Cəbrayılova bu ilki forumun da təşkilati komanda rəhbəridir. Eyni zamanda bu il forumumuzun aparıcısı hamımızın yaxşı tanıdığı Nigar Məmmədova olacaq. Nigar xanım həm də şəxsi brendinq panelinin moderatorudur. Əlavə olaraq da Günel Muradzadə biletlə əlaqədar bütün işlərdən məsuldur.

Biletləri necə əldə etmək olar?

Biletləri 3 üsulla əldə etmək mümkündür. Sizə hansı üsul rahatdırsa, istifadə edə bilərsiniz.

"1) Biletləri bugündən etibarən CinemaPlus kassalarından əldə edə bilərsiniz. Biletlərin qiyməti 30 azn-dir.

2) Biletləri həmçinin saytın iştirak et bölməsindən də sifariş edə bilərsiniz. Burada Siz xüsusi formanı doldurursunuz, sistemə adınız düşür və daha sonra Sizinlə əlaqə saxlayıb bileti birbaşa ünvanınıza pulsuz çatdırırlar.

3) Telefonla pulsuz çatdırılma. Bunun üçün Siz sadəcə 0557939799 nömrəsi (Günel Muradzadə) ilə əlaqə saxlayırsınız və lazımı məlumatları verdikdən sonra eyni qaydada bilet ünvana pulsuz çatdırılır."

Bilet əldə etmək üçün

Gördüyünüz kimi hər 3 üsul Sizin rahatlığınız üçün hesablanıb. Qeyd edim ki, toplam 240-ə yaxın yer satışda olacaq. Ən sona saxlamaqla bilet alma şansını itirə bilərsiniz. Ötən illərin praktikası göstərir ki, foruma az qalmış həm daha arxa yerlər qalır, həm də ola bilər ki, ümumiyyətlə qalmasın. O zaman yaxın dostlar da xahiş edəndə onların qarşısında pis vəziyyətdə qalırıq. 30 azn 2 günlük Azərbaycanın ən böyük marketinq hadisəsi üçün kifayət qədər rəqabətcil, münasib qiymətdir. Odur ki, çalışın biletləri indidən əldə edin.

MMF2016 ilə əlaqədar izləməli olduğunuz faydalı resurslar:

Forumun saytı – www.millimarketinqforumu.com

Forumun rəsmi facebook səhifəsi – https://www.facebook.com/MilliMarketinqForumu/?fref=ts 

Forumun Marketinq Azərbaycan qrupunda yaradılmış xüsusi eventinin linki – https://www.facebook.com/events/544184035743473/

Xəbər portalı  – oxu.az

Forumun rəsmi facebook və twitter həştəqi – #mmf2016

 

Əziz dostlar, forum haqqında hələlik bu qədər. İnşallah, irəliləyən günlərdə yenilik olan kimi çalışacağıq Sizi xəbərdar edək. 27-28 may Azərbaycanın ən böyük marketinq hadisəsi – MMF2016-da görüşənədək.

Bloqumuza abunə olaraq yenilikləri mütəmadi olaraq izləyə bilərsiniz.

4

Facebook Comments
Share

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 307 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. Marketinq sahəsində isə yazılarımı Marketer Məhərrəm təxəllüsü ilə yazıram. Marketer Məhərrəm Azərbaycan reallıqlarında fəaliyyət göstərən, uğur qazanmağa çalışan marketoloq prototipidir. Yazılarımı oxuyaraq az da faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün yazını paylaşmanız yetərlidir. Hər hansı sualınız olarsa, hunaltay@gmail.com mail adresinə yazmanız kifayətdir. Öncədən təşəkkürlər.

Editor review

Summary

Bu yazıda mən Sizə MMF2016 hazırlıqları barədə "qısa" məlumat verməyə çalışdım.

Həmçinin oxuya bilərsiniz

Tədbirlər 0 Comments

Yığışın, gəlin bizə

07 yanvar 2017 – marketerlərin ənənəvi yeni il görüşü olacaq Marketinq Azərbaycan qrupu yaranandan ilboyu fərqli aktivliklər, görüşlər edirik. Xatırladım ki, qrup 2012-ci ilin avqustunda yaranıb və bugünə 11300-dən çox

Share
Tədbirlər 0 Comments

“Bugünün Marketinqi 2″də SƏN də YAZ

Dostlar, bilirsiniz ki, keçən il DMC2015 günü, 31 oktyabrda biz maraqlı bir yeniliyə imza atdıq. Hər kəsin bol-bol tənqid etdiyi yazarlarımızın yazılarını bir araya gətirib 440 səhifəlik kitab halına saldıq.

Share
Tədbirlər 0 Comments

Marketerlərin 2013 “Quba üsyanı” və gələcək planlar

Bu gün istirahət günü olduğundan bizim üçün ən böyük zövq və istirahət olan Marketing AİR haqqında İlkin və Anar müəllimlə düz 6 saat müzakirə apardıq. Bu haqda İlkin müəllim yaxın

Share

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın