Mümkün böhran ssenariləri

Mümkün böhran ssenariləri

Dünyada fərqli vaxtlarda fərqli səbəblərdən qaynaqlanan böhranlar olub. Onları iqtisadi, siyasi və digər parametrlərə görə qruplaşdırmaq olar. İqtisadi nöqteyi nəzərdən böhranları qruplaşdırası olsaq, görərik ki, mümkün böhran ssenariləri bir neçə formada cərəyan edir. Bunları bilmək bizə ölkəmizdəki iqitsadi gedişatı təhlil edərək hansı modelə daha çox yaxın olduğumuzu görməyə kömək edəcəkdir.

Ümumiyyətlə mövcud böhranlar 4 əsas model üzrə qruplaşdırılır: Bunlara şərti olaraq 1) V 2) U 3) L 4) Retard model adları verilib. Gəlin, hər birinin ayrılıqda nə məna kəsb etdiyinə diqqət edək.

bb

  1. V modeli

Bu model özündə əvvəlki inkişaf səviyyəsinə qısa müddətdə qayıtmanı nəzərdə tutur. Yəni düşünün ki, hər hansı bir böhran baş verir. Çox az zaman keçir ki, mövcud düşüş yerini əvvəlki iqtisadi duruma dəyişir. Bu halda iqtisadiyyat qısa müddətdə bərpa oluna bilir. Tarixdə belə modellər daha çox siyasi böhranlar zamanı aktual ola bilir. Şəkildən də gördüyünüz kimi tez bərpa olunma xüsusiyyətinə görə bu modeli V hərfinə oxşar olaraq V modeli adlandırırlar.

  1. U modeli

Bu model özündə əvvəlki modelə uyğun olaraq iqtisadiyyatın əvvəlki səviyyəsinin bərpa olunmasını göstərir. Lakin əvvəlki modeldən fərqi ondadır ki, bu bərpaolunma prosesi bir müddət sonra baş verir. Yəni böhran baş verir, iqtisadiyyat zəifləyir, bir müddət bu templə gedir, ancaq müəyyən müddət sonra əvvəlki səviyyəsinə qayıda bilir. Şəkildə də gördüyünüz kimi bu modeli U hərfinə bənzədərək U modeli adlandırırlar.

  1. L modeli

Bu model özündə davamlı və uzun müddətdə enməni göstərir. Yəni böhran baş verir, bundan sonra ancaq enmə ilə yadda qalır, mütəmadi göstəricilər pisləşir. Böyük ehtimal bu hal davam edərsə, sonda iflasla nəticələnir. Adətən görülən tədbirlər ya yeterli olmadıqda, ya da mümkün vəziyyətə təsir etmək artıq gec olduqca bu ssenari aktual olur. Bu modeli də şərti olaraq L hərfinə bənzətdiklərindən buna L modeli deyirlər.

  1. Retard modeli

Bu model ingiliscədən tərcümədə yavaşlamaq, tormozlamaq, geri qalmaq mənası verir. Modelin mahiyyəti isə ondan ibarətdir ki, böhran baş verir, bir müddət enmə davam edir, dibə çatır, bu dibdə də bir müddət getdikdən sonra tədricən yuxarı qalxmağa başlayır. Amma əvvəlki modellərdə böhrandan sonra əvvəlki inkişaf səviyyəsinə qayıtmaq mümkün olursa, bu modeldə qalxma olsa da, heç vaxt böhrandan əvvəlki inkişaf səviyyəsinə qayıtmaq mümkün olmur.

Yuxarıdakı modelləri təhlil etsək, görərik ki, mövcud ssenarilər içərisində 4-cü model Azərbaycan iqtisadiyyatı üçün daha real görünür. Ekspertlərin fikrinə görə hazırkı durum hələ ki, “dib”i görməyib. Bu o deməkdir ki, biz hələ də bəzi göstəricilər üzrə daha pis nəticələr ala bilərik. Ancaq ondan sonra bir müddət həmin səviyyədə gedəcəyik. Və daha sonra artıq iqtisadiyyat mövcud duruma qarşı alışıb əks tədbirlər planı ilə vəziyyətdən çıxmağa çalışacaq. Bu baş verərsə, biz nisbətlə inkişafın şahidi olacağıq. Amma modelin də izah etdiyi kimi vəziyyətin birə-bir əvvəlki kimi olmasını gözləmək də sadəlövlük olardı. Ona görə də əvvəlki səviyyəyə ümid etmədən durumu olduğu kimi qəbul edib daha çox çalışmaq, azalan bazardan belə mövcud şərtlərdə daha çox pay götürməyə çalışmaq lazımdır.

Görürük ki, hələ də nəyisə “gözləyən” bizneslər, biznesmenlərimiz var. Halbuki gözləmək çox təhlükəlidir. Araşdırmalar da sübut edir ki, böhranın ilk fazasında insanlar pul azlığından deyil, gələcək haqqında fikirlərinin qeyri-müəyyən olduğundan əziyyət çəkir. Yəni onlar gələcəkdə baş verəcəkləri proqnozlaşdıra bilmədiklərindən hazırda heç olmasa əllərində olanı qoruyub saxlamağa meylli olurlar. Nəticədə bir müddət bazarda şok yaşanır, hər şey dayanır. Bu durumda panikaya qapılıb tələsik qərar verib çox sayda uduzan biznesmenlərimiz də oldu. Çünki böhranın bu fazasında formalaşan nə tələb, nə də ki, təklif real deyildi. “Nağd pul hər şeyi həll edir” bu dönəmlərin əsas prinsipi hesab edilirdi. Lakin bir müddət keçəndən sonra artıq bazar duruma adekvat reaksiya verə bilir. Təbii ki, burada da iqtisadi proqnoz və hadisələrin gedişini təhlil qabiliyyəti bizneslər üçün həyati vacib rol oynayır. Bununla yanaşı əvvəlki dövrlərin böhran praktikasını da bilmək yol xəritəsinin hazırlanmasında kömək edə bilər.

Növbəti dəfə daha faydalı olmaq ümidilə

Facebook Comments
Share

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 307 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. Marketinq sahəsində isə yazılarımı Marketer Məhərrəm təxəllüsü ilə yazıram. Marketer Məhərrəm Azərbaycan reallıqlarında fəaliyyət göstərən, uğur qazanmağa çalışan marketoloq prototipidir. Yazılarımı oxuyaraq az da faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün yazını paylaşmanız yetərlidir. Hər hansı sualınız olarsa, hunaltay@gmail.com mail adresinə yazmanız kifayətdir. Öncədən təşəkkürlər.

Editor review

Summary

Ümumiyyətlə mövcud böhranlar 4 əsas model üzrə qruplaşdırılır: Bunlara şərti olaraq 1) V 2) U 3) L 4) Retard model adları verilib. Bu yazıda Siz onların hər biri haqqında məlumat ala bilərsiniz.

Həmçinin oxuya bilərsiniz

Araşdırma 0 Comments

Azərbaycanın ilk taksit layihəsi haqqında 15 aydan sonra

Bir dəfə İstanbulda olarkən, dəyəri 10 manat olan bir kitabı alacaqdım. Satıcı kitabı kassaya təqdim edərkən neçə taksit olacağını dedi və mən o an fikrə getdim. 10 manatı da bir

Share
Marketinq 0 Comments

Expert TV-də 7 suala video cavab

Bir müddət öncə Qafqaz Universiteti nəzdində fəaliyyət göstərən Experttv.az kollektivi tərəfindən qonaq kimi dəvət edilmişdim. Maarifləndirici və çox faydalı bir video portal olan Expert tv-də Siz özünüz üçün maraqlı olan xeyli

Share
Marketinq 0 Comments

Fil Rəqəmsal Marketinq Agentliyi – Yeni Filimiz mübarək

Noyabrda DMC2016 başa çatdı. Bu dəfə daha uğurlu alınmışdı. Artıq 2 il olacaqdı ki, Rəqəmsal Marketinq Konfransı keçirirdik. Bu sferada çalışan bütün mütəxəssisləri, şirkətləri demək olar ki, tanıyırdıq. Onlarla tez-tez

Share

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın