“Ən Az Like” ən çox səs gətirdi və ya 152 qat artıq nəticə

Nəhayət iyun ayının əvvəlindən başlayan “Ən Az Like” foto-müsabiqəsi başa çatdı. 20 gün şəkil yığımı və 10 gün də “ən az like” vermə nəticəsində qalib müəyyən olundu. Nəticələr olduqca maraqlıdır, belə ki, İdealın keçirdiyi müsabiqələr içərisində ən çox müzakirə olunan və like toplayan müsabiqə bu oldu. Baxmayaraq ki, hədiyyə fondu bundan əvvəlki müsabiqələrdən daha az idi, ancaq facebookda və Azərbaycanda ilk dəfə keçirilən bu müsabiqəni ümumi 350 mindən çox insan görüb. İnsanların like səsvermələrindən bezdiyi bir vaxtda qeyri-standart həll üsulu ilə öz fanları və eləcə də bütün facebook fanlarının marağına səbəb olan müsabiqənin qısa nəticələrini müqayisəli şəkildə Sizinlə paylaşıram. Xatırladım ki, Ən az Like müsabiqəsi bundan əvvəl ən çox marağa səbəb olan Miss İdeal 2012 ilə müqayisə edilib.


Ən Az Like müsabiqəsi ilə Miss İdeal 2012-nin nəticələrinin müqayisəsi
s/n
Parametr
Miss İdeal 2012
Ən Az Like
Nisbət
1
Müsabiqədə iştirak edən şəkil sayı
141
64
2
Müsabiqədə toplam like sayı
64554
318329
+4, 93 dəfə
3
Total şərh sayı
638
707
+10%
4
1 şəkilə gələn ən çox like
7784
6498
-17%
5
1 şəkilə gələn ən az like
28
4279
+ 152 dəfə
6
Ortalama 1 şəkilə gələn like sayı
457
4973
+ 11 dəfə
Məncə, artıq sözə ehtiyac yoxdur. 2, 5 və 6-cı bəndlər hər şeyi göstərir. Deməli Ən Az Like albomu ümumi 318329 like toplayıb ki, bu da özündən əvvəlki ən yaxşı müsabiqə Miss İdeal 2012-dən az qala 5 dəfəyə yaxın çoxdur. Miss İdealda ən az like toplayan 28 olubsa, Ən Az Like-da isə bu rəqəm 4279 olub ki, bu da 152 dəfə artıq nəticədir. Orta bir şəkilə gələn like sayəna görə də 11 qat artıq nəticə Ən Az Like-ın xeyrinədir.
Xatırlamayanlar üçün qısa bildirim ki, Ən Az Like müsabiqəsində iştirak edən şəkillərdən qalib ən az səs toplayan, Miss İdealda isə qalib ən çox səs toplayan olmaqla keçirildi. Ən Az Like müsabiqəsinin özəlliyi ondadır ki, burada insanlar özlərindən başqa bütün rəqiblərə “səs yığmaqla” məşğul olublar ki, bu da öncəki bütün müsabiqələrdən daha qızğın ortamın yaranmasına səbəb olub.
Müsabiqəyə başlamamışdan öncə şübhəm yox idi ki, geniş marağa səbəb olacaq, ancaq reallıq həmişə istədiyimiz kimi olmur arada. Şükürlər olsun ki, bu dəfə nəticə gözlədiyimizdən də artıq oldu. Amma etiraf edim ki, 152 qat artıq nəticənin olacağına heç inanmazdım. Necə deyərlər xeyirlisi. Müsabiqənin keçirilməsində əməyi olan hər kəsi təbik edirəm. Daha fərqli ideyalardan yazmaq diləyilə…
Facebook Comments
Share

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 307 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. Marketinq sahəsində isə yazılarımı Marketer Məhərrəm təxəllüsü ilə yazıram. Marketer Məhərrəm Azərbaycan reallıqlarında fəaliyyət göstərən, uğur qazanmağa çalışan marketoloq prototipidir. Yazılarımı oxuyaraq az da faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün yazını paylaşmanız yetərlidir. Hər hansı sualınız olarsa, hunaltay@gmail.com mail adresinə yazmanız kifayətdir. Öncədən təşəkkürlər.

Həmçinin oxuya bilərsiniz

Marketinq 0 Comments

DMC2016-ya 1 gün qalmış bunları unutma!

Dostlar, nəhayət sabah ölkəmizin ikinci Rəqəmsal Marketinq Konfransı DMC2016 baş tutacaq. Allahın köməkliyi ilə sabah 500 nəfərlik auditoriyanı tam dolu gözləyirik. Bu ana 486 yer artıq satılıb. Son 34 bilet

Share

İdeal PR ağ da olur, qara da və ya süd verən inəyi kəsəkmi?!!!

Ox yaydan çıxıb payıza keçirdi ki, marketinq aləmində Milla canlanma yaratdı. Səssizliyi yenə sosial mediadakı paylaşımlar pozdu. Yəqin artıq çoxlarınız Milla üçün çəkilən bu reklamı görmüsünüz. Ümumiyyətlə bu iş sosial

Share

Marketinq Azərbaycan şineli

31 avqust 2012-ci il. 4 il öncə. O 4 il ki, hələ forumlar tam ölməmişdi, dəbdən düşməmişdi. O 4 il ki, hələ də əsas xəbərləri saytlardan oxuyurduq. Söhbət təbii ki,

Share

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın