Pokemon Go ilə Cost Per Visit reklam ödənişi gəlir

Son 1 həftədir yerli və xarici saytların hamısının gündəmi – Pokemon Go-dur. 90-cı illərdə Pokemon oyununu yəqin ki, xatırlayanlar var. İndi isə onun Pokemon Go “uzantısı” dünyanı bir-birinə qatıb. Cəmi 4-5 günə şirkətin səhm dəyəri 9 milyard dollar artıb. Təkcə ABŞ-da gündəlik 21 milyon insan oynayıb.

Qısa məntiq ondan ibarətdir ki, ilk 5 səviyyədə xəritə üzrə müxtəlif yerlərə yerləşdirilmiş pokemonları toplayırsınız. Bu zaman 3 komandadan birini seçirsiniz. Daha sonrakı səviyyələrdə isə artıq topladığınız pokemonları treninqlər vasitəsi ilə daha təkmilləşdirib digər pokemonlarla döyüşdürürsünüz. Bu yazıda mən bir az gələcəkdə oyunun nə kimi xidmətlər göstərəcəyinə diqqət çəkmək istəyirəm.

Oyunun əsas 2 faydası var. Biri “Augmented Reality” (virtual gerçəklik) dediyimiz anlayışın artıq hamı üçün açıq olması. Digəri də insanları bu oyun vasitəsilə hərəkət etdirmək, evindən, işindən, olduğu yerdən tərpətmək. Yəni 2-ci versiyası kənardan bir az sosial məsuliyyət falan kimi görünsə də elə deyil. Axıra kimi oxusanız biləcəksiniz.

Hamının başa düşdü-düşmədi axışdığı bir şeylə heç vaxt həmin anda maraqlanmamışam. Çünki sonrada təkərə düşənlərdən biri də mən olmaq istəmirəm :) Bu oyun haqqında yerli və xarici saytlarımız çox yazıb. Amma hamısında demək olar ki, ilk təəssüratların paylaşımı olub. Analitik yazıya rast gəlməmişəm. Daha doğrusu bir az texnoloji dünyanın mənfiləri üzərinə vurğu etmək istəyirəm.

Hərdən mənə elə gəlir ki, kimsə bizi sürü şəklində ora aparır, sonra dur deyib bu tərəfə yönəldir və s. Sanki bu bir axındır. Siz bu axına qarşı alternativiniz yoxdursa, o axından faydalanmağa çalışmalısınız. Yəni faydasından maksimum yararlanmağa, zərərindən də maksimum qorunmağa çalışmalısınız.

Ona qədər isə gəlin görək 1 həftəyə haqqında 4.7 milyon tvit atılan Pokemon Go nədir?

  • Oyun ABŞ-dan öncə Avstraliyada ilk olaraq təqdim edilib. Qurucusu Google-un sabiq işçisidir. John Hanke Google Map və Google Earth tətbiqlərinin təkmilləşdirməsində iştirak edib.
  • Qısa müddətdə buraxılmasına baxmayaraq oyunun gündəlik aktiv istifadəçiləri Twitterin statistikasına yaxınlaşıb.
  • Oyunun içindən digər platformalara paylaşım məhdud olduğu üçün bir az da belə davam edərsə, digər sosial şəbəkələrin istifadəçi sayına ciddi təsir edə bilər. Artıq sosial şəbəkələr bu narahatlığı biruzə verməyə başlayıblar.
  • Vəziyyət o yerə çatıb şəhərdəki Pokemon-ları tutmaq üçün özünə dron (uçan pilotsuz aparatlar) alıb axtarışa çıxanlar da var. Amma ən effektiv yol yenə də Pokestop-larda yeriməklə axtarış etməkdir.
  • 4-11 iyul aralığında bu oyun haqqında dünya üzrə 4.7 milyon tvit atıldı. (mənbə TwitterData ) Dünən dəqiqəyə 1400 tvit atılıbmış.
  • Türkiyədə və dünyada artıq 1 həftədir gündəmi zəbt edən Pokemon-dan brendlər də istifadə etməyə başladı – Starbucks Türkiyə, Calve ketçupları, RedBull, Kasap Dönər, Kahve Dünyası, CarrefurSA, Mitsubishi Türkiyə artıq dizaynlarda istifadə edib. Hətta bir çox məkanlar Pokeman oyununda olan 3 komandadan hansı bir komandadan olana endirim belə edirlər.
  • Bütün dünya üzrə pokemonlar 5 milyon yerdə yerləşdirilib. 5 milyon yer isə 15 milyon təklifin içindən seçilib. Yerlər adətən ictimai, tarixi yerlər, daha çox tanınmış məkanlardır.

Nəysə ki, gördüyünüz kimi oyun trend olmağa doğru əmin addımlarla irəliləyir. ABŞ-da artıq bu oyundan qaynaqlanan 11 cinayət hadisəsi qeydə alınıb. Yəni oyundan sui-istifadə edərək müxtəlif yerlərə soxulub oğurluq edənlər olub.

Şirkətlər necə istifadə edəcək, milyardlar necə qazanılacaq?! Azərbaycanda istifadə edənlər tələsdilərmi?

Yaxın günlərdə yəqin ki, oyun yaradıcıları şirkətlər üçün sponsor paketləri çıxaracaq. Burada Siz brendinizlə əlaqəli məkanlarda Pokemonlar yerləşdirə və insanları öz məkanınıza cəlb edə bilərsiniz. Məsələn, Nyu-Yorkdakı adi bir Pizza satan bir yer 10 dollar xərcləyərək pokemon ovçularını öz məkanına çəkə bilib. Nəticədə satışlarını həmin gün üçün 30% artıra bilib. Çox yaxında yəqin ki, bütün ölkələrdə minlərlə belə yerlərdə ovçuları özünə çəkmək üçün şirkətlərə təkliflər hazırlanacaq. (Sponsor məkanları) Şirkətlər ümumi məkanlarda reklam yerləşdirərkən ödənişləri də “cost per visit” – hər ziyarətə görə ödəyəcəklər. Yəni digital dünyamızda reklamlar ölçülə biləndir deyirdik. İndi artıq nəinki ölçülə bilən, görülə biləndir deyəcəyik. Yəni Sizi ziyarət edən “müştərilərinizi” tək-tək görə biləcəksiniz.

Həmişə belə olur, ilk başda hamını cəlb edir, sonra yığılan kütlədən necə pul çıxarmaq olar haqqında mexanizm hazırlanır. Düşünürəm ki, müştəri kateqoriyasını, hədəf kütləsini dəqiq bilən şirkətlər daha diqqətli olmalıdır. Bu oyunu hələ ki, 16-18 yaş arası insanlar daha çox oynayır. Məsələn, qonşudan dalma qala prinsipi ilə hərəkətə keçib, hamı istifadə edir deyə bu oyundan reklam kimi istifadə etmək düz deyil. Artıq yerli şirkətlərdən bir neçəsi istifadə edib Azərbaycanda. Ad çəkməyəcəm, bizdə ad çəkəndə məsələyə az qala qeyrət-namus məsələsi qədər ciddi yanaşırlar :) İstənilən halda hazırda bunu tətbiq edənlər üçün tələsik atılmış addım hesab edirəm. Çünki o oyunu oynayanlar əksər halda şirkətin müştəriləri deyil. Hədəf kütlə o deyil yəni.

Pinterest haqqında da belə tələsik sosial media bombası falan demişdik. Amma elə olmadı. Görək Pokemon Go necə olacaq. Zaman göstərəcək.

Facebook Comments
Share

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 305 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. Marketinq sahəsində isə yazılarımı Marketer Məhərrəm təxəllüsü ilə yazıram. Marketer Məhərrəm Azərbaycan reallıqlarında fəaliyyət göstərən, uğur qazanmağa çalışan marketoloq prototipidir. Yazılarımı oxuyaraq az da faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün yazını paylaşmanız yetərlidir. Hər hansı sualınız olarsa, hunaltay@gmail.com mail adresinə yazmanız kifayətdir. Öncədən təşəkkürlər.

Həmçinin oxuya bilərsiniz

Marketinq 0 Comments

Keyfiyyətli yerli təlimlər əvəzsizdir

Ötən ay yenə Sat Group ilə Şamaxı Şərədil oteldə təlimimiz var idi. Bu dəfə isə satış direktorları, satış nümayəndələri üçün idi. Təlimdən olduqca böyük zövq aldım. Auditoriya səninlə birgə müzakirələrdə

Share

Forumu forum edən sirrlər (III hissə)

Əvvəlki 2 yazıda toplam 6 bənddə keçirdiyimiz forumların “sirrlərindən” yazmışdım. İndi isə sonuncu bəndləri Sizinlə paylaşıram. Buna da bax: Forumu forum edən sirrlər – I hissə Forumu forum edən sirrlər

Share
Marketinq 0 Comments

Marketinqdə keçərli olan hərb strategiyaları (I hissə)

Hamımız bilirik ki, marketinqin kökü hərb elmi ilə sıx bağlıdır. Minillər boyunca dünyanın gördüyü minlərlə müharibədə elə bir o qədər də qalib gəlmə strategiyaları var. Müharibə həm də sağ qalmaq

Share

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın