Şərait var, bəs oğullar hanı?

Həmişə bu söz çox dəbdə idi ki, “oğullar var, şərait yoxdu”. İndi isə marketinq sferası ilə bağlı onu deyə bilərəm ki, bu ifadənin tam tərsi daha doğrudur, nəinki özü. Hətta bunu təkcə marketinq yox, bir çox sahələrə də aid etmək olar. İndi elə bir dövrdə yaşayırıq ki, loru dildə desək daha “elm dalınca Çinə getməyə” ehtiyac yoxdur, Çinin özünü bura gətirə, balaca telefonunuza sığışdıra bilərsiniz. Universitet vaxtları marketinq müəllimiz həmişə deyərdi ki, çalışın sizə tapşırılandan daha çox oxuyun, daha çox işləyin, daha çox görüb-götürməyə, təcrübənizi artırmağa çalışın. Facemark.az yaranandan bu tərəfə həmişə çalışmışam ki, vaxtilə bir çox gənclər üçün əlçatmaz olan və ya elə görünən bir çox yenilikləri onlara daha yaxın edim. Sizə deyim ki, bir çox xarici tədbirlərdə olarkən əmin oldum ki, avropda, eləcə də lap Türkiyə, Rusiyasında hansı ki, marketinq sahəsində bizdən bir xeyli qabaqdırlar fərqlənmək çox da çətin deyil. Çalışqan olmağın kifayətdir. Və təbii ki, bir müddət də bazardakı bütün trendləri izləməlisən, mümkün bütün tədbirlərdə iştirak edib daim yeni tanışlıqlar, yeni münasibətlər və təcrüb qazanmalısan. 
Facemark.az, FMR TV (facemark.tv), Marketing AİR, Marketinq Azərbaycan qrupu olaraq bir yerdə 2013-cü ilin başlanğıcından bu tərəfə nə az, nə çox tam 24 fərqli və iri miqyaslı aktivliklər etmişik. Bu sizinlə birlikdə bütün marketinq aləminin, xüsusilə də yerli marketinq icmamızın uğurudur. 
Bu dəfəki yazımda bizi qarşıda gözləyən festival, konfrans və digər aktivliklər haqqınd qısa yazmaq istəyirəm.  Önümüzdəki 3 ayda hələlik 5 marketinq konfrasnının ölkə üzrə yeganə media partnyoruyuq. İştirak etmək istəyənlər olsa, rahatlıqla müraciət edə bilərlər.
  1. “Cek Trout Moskvada” – 24 sentyabr 2013, Moskva, ətraflı məlumat üçün link – http://www.facemark.az/index/news/cek-traut-moskvada
  2.  Red Apple 2013 – 26-27 sentyabr 2013, Moskva. Ətraflı məlumat üçün http://www.facemark.az/index/news/red-apple-2013-erizelerin-qebulunu-uzatdi 
  3. Red Jolbors Fest 2013 – 4-5 oktyabr, Qırğızıstan, Bişkek. Ətraflı məlumat üçün http://www.facemark.az/index/news/red-jolborsfest-islerin-qebuluna-start-verir
  4. Marketing Master Class 2013 – 2-3 oktyabr 2013, İstanbul. Ətraflı məlumat üçün – http://www.facemark.az/index/news/marketing-master-class-2013-baslayir
  5. MSBEVENT 2013 – 21-22 noyabr 2013, Moskva. Ətraflı məlumat üçün – http://facemark.az/index/news/sosial-medianin-3-illik-konfransi
Yuxarıda adlarından da gördüyünüz kimi marketinq adına təcrübə qazanmaq, biliklərimizi daha da artırmaq üçün olduqca faydalı tədbirlərdir. Facemark.az isə bu tədbirlərin ölkə üzrə yeganə media partnyoru olaraq hamısında iştirak haqqı qazanıb. 
Əgər Siz yuxarıdakı tədbirlərin hər hansı birində iştirak etmək istəyirsinizsə, bizə müraciət edə bilərsiniz.  e-mail: info@facemark.az Xatırladım ki, facemark.az media partnyor olduğundan göndərdiyi şəxslər həmin tədbirdə pulsuz iştirak edəcək, onlar yalnız yol və qalma xərclərini özləri qarşılayacaqlar.
Cek Troutu tanıtmağa ehtiyac yoxdur, Red Apple isə Rusiyanın ən nüfuzlu reklam və marketinq festivalıdır. Qırğızıstandakı tədbir də görünüş etibarilə çox maraqlıdır, ilk ildir ki, onlarla əməkdaşlıq edirik. MMC2013 İstanbul Boğaziçi universitetində olacaq. Spikerlər çox maraqlıdır – http://nwbg.eu/all-events/mmc2013/ Msbevent isə sosial media sirrlərini bizə açacaq. Bir sözlə şərait boldur, gedən, iştirak edən, öyrənən, gəlib öyrədən lazımdır.
Facebook Comments
Share

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 305 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. Marketinq sahəsində isə yazılarımı Marketer Məhərrəm təxəllüsü ilə yazıram. Marketer Məhərrəm Azərbaycan reallıqlarında fəaliyyət göstərən, uğur qazanmağa çalışan marketoloq prototipidir. Yazılarımı oxuyaraq az da faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün yazını paylaşmanız yetərlidir. Hər hansı sualınız olarsa, hunaltay@gmail.com mail adresinə yazmanız kifayətdir. Öncədən təşəkkürlər.

Həmçinin oxuya bilərsiniz

Köşə yazıları 0 Comments

İtirmək qorxusu (II hissə)

İnsanda itirmək qorxusu yaradan səbəblərdən danışırdıq. Xüsusən bunu ölkəni tərk edən qruplar üzərindən təhlil edirdik. Yazının əvvəlini bu linkdən oxuya bilərsiniz – http://marketermeherrem.com/itirmək-qorxusu-i-hissə/ 3. Hüquq sisteminə “ilişmək” qorxusu Bəli, bir çoxları

Share
Köşə yazıları 0 Comments

Marketing AIR 6 da belə bitdi

3 il öncə Atatürk prospektindəki “Park Fore” restoranında marketinq təliminə start vermək ideyası haqqında müzakirə apararkən təsəvvür etməzdik ki, bu yerlərə qədər gəlib çıxa bilər. Marketing AİR -in necə yaranmasını

Share
Köşə yazıları 0 Comments

Məhərrəmin 5 yaşı oldu

Bizə elə gəlir ki, dünya məhz bu dövrlər çox qaynardır. Əvvəllər sanki dünya daha sakit idi. İndi isə hər gün hardasa nəsə baş verir, insanlar kütləvi şəkildə qırğına verilir, hər

Share

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın