“Socialbakers” rəsmi bloger partnyoru oldum

“Socialbakers” rəsmi bloger partnyoru oldum

Əziz dostlar, ötən həftə dediyim kimi sosial mediya üzrə məşhur analitik mərkəz olan “Socialbakers”in Azərbaycan üzrə bu aydan etibarən bloger partnyoruyam. Qarşılıqlı əməkdaşlıq çərçivəsində mən hər ay istənilən 4 Azərbaycan şirkətlərinə, tanınmış biznes və ictimai şəxslərə məxsus sosial mediya hesablarını təhlil edəcəm. Bunun üçün hər ay Socialbakers tərəfindən bütün parametrlər və bütün növ sosial media növləri üzrə məlumatlara giriş imkanım olacaq. Hələlik 1 aylıq qrafikim doludur. Amma daha sonrası üçün hansısa səhifələrin real və obyektiv təhlili lazım olsa, mənə yaza bilərsiniz. Mart ayı boyunca hələlik planım 2 youtube kanalı müqayisəsi və təxmini 4 aktiv bankın təhlili olacaq.

Əgər Siz də səhifənizin professional təhlilini, zəif və güclü tərəfllərini bilmək, onu təkmilləşdirmək istəyirsinizsə, mütləq bu xidmətdən istifadə edin. Yoxlamaq üçün 14 gün test məqsədli istifadə edə bilərsiniz. Birbaşa əlaqələndirici mail – sales@socialbakers.com

Azərbaycanda sosial şəbəkə istifadəçiləri 2 milyondan çoxdur. Bu gün insaların ən güvəndiyi, ən tez məlumat ala bildiyi unikal resursdur. Həmçinin ölçülə bilməsi indiki iqtisadi çətinlik şəraitində bu platformaya misilsiz əhəmiyyət qatır. İndiyə qədər bir çox şirkətlər SMM xidməti göstərib və göstərir də. Siz bu xidməti istifadə etməklə həm müştərilərin nələrə daha çox diqqət etdiyini, həm də SMM agentliyinizin işini qiymətləndirə, monitorinq edə bilərsiniz.

Socialbakers nədir və niyə lazımdır?

Şirkət sosial marketinq alətləri üzrə ölçmə və optimizasiya üzrə standart olaraq mövqelənir. Bütün dünya üzrə Socialbakers təhlilləri Google Analytics qədər etibarlı və dəqiq informasiya sayılır. Facebook, Twitter, Youtube, Linkedin, İnstagram, VK, Google+ kimi müxətlif sosial mediya platformalarında hesablar üzrə təhlillər aparılır. Dünyanın 100-dən çox ölkəsində 2500-dən çox müştəriyə, şirkətə xidmət göstərirlər. Hər ay analiz etdikləri sosial profil hesabı 8 milyondan çoxdur. Eyni zamanda Facebook Marketing Partner proqramının da üzvüdür.  Hər ay 1 milyondan çox istifadəçi isə pulsuz olaraq bəzi vacib informasiyaları saytdan əldə edə bilir. Hazırda fərqli ölkələrdə mərkəz olmaqla 11 ofisdə müştərilərinə xidmət edirlər.

300-dən çox əməkdaşı ilə kifayət qədər müştəri yönümlü və operativdirlər. Təsəvvür edin, əməkdaşlıqla bağlı təklifi onlara mən email vasitəsilə ünvanladım. Həmin gün içərisində mailimə 4 nəfər cavab verdi. Bu 4 nəfərin içində şirkətin rəhbəri Jan Rezaab da var idi. Sonradan elə həmin günü mənə ayrıca bir nəfər əlaqələndirici şəxs ayrıldı və razılıq əldə olundu. Bundan sonrakı yarana biləcək suallara daha operativ reaksiya üçün isə skype kontaktı belə verdilər. Həqiqətən müştəri xidmətləri, müştəri təkliflərinə verilən diqqət məni valeh etdi. Azərbaycan şirkətləri üçün əsl örnək ola biləcək addımdır.

Bu arada onu qeyd edim ki, mən Azərbaycanda Socialbakersi ilk istifadə edənlərdənəm. Hətta yadıma gəlir o vaxt mən onlara İdealda çalışarkən əməkdaşlıq üçün müraciət edəndə (səhv etmirəmsə, 2011-2012-ci illər idi) Azərbaycan üzrə bazarın vəziyyəti haqqında xeyli söhbət etmiş, yeni müştərilər tapmaqda kömək istəmişdilər. 2 dəfə isə təkidlə Milli Marketinq Forumunda iştirak etmək istəsələr də hər dəfə fərqli səbəblərdən alınmamışdı. İnşallah bu il çalışırıq ki, onlar komanda ilə iştirak etsinlər.

ORANGE şirkəti nümunəsində sistemdən necə istifadə etmək olar?

29 fərqli bazarda fəaliyyət göstərən telekommunikasiya şirkəti “ORANGE”in nümunəsində Socialbakers təhlilləri nəyə necə təsir edib bu linkdən ətraflı baxa bilərsiniz. Bu videoda isə daha ətraflı məlumat ala bilərsiniz.

Hələlik bu qədər. İnşallah gələn həftədən real təhlillərimizə başlayacağıq. Dediyimiz kimi mart ayında 6 sosial mediya profili təhlil ediləcək. Bunun 4-ü bank, 2-si isə Youtube kanalı olacaq.

P.S. Xəbərlərimizdən operativ olaraq xəbər tutmaq istəyirsinizsə, bloqa e-mail abunə ola bilərsiniz.

Facebook Comments
Share

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 307 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. Marketinq sahəsində isə yazılarımı Marketer Məhərrəm təxəllüsü ilə yazıram. Marketer Məhərrəm Azərbaycan reallıqlarında fəaliyyət göstərən, uğur qazanmağa çalışan marketoloq prototipidir. Yazılarımı oxuyaraq az da faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün yazını paylaşmanız yetərlidir. Hər hansı sualınız olarsa, hunaltay@gmail.com mail adresinə yazmanız kifayətdir. Öncədən təşəkkürlər.

Editor review

Summary

Qarşılıqlı əməkdaşlıq çərçivəsində mən hər ay istənilən 4 Azərbaycan şirkətlərinə, tanınmış biznes və ictimai şəxslərə məxsus sosial mediya hesablarını təhlil edəcəm. Bunun üçün hər ay Socialbakers tərəfindən bütün parametrlər və bütün növ sosial media növləri üzrə məlumatlara giriş imkanım olacaq.

Həmçinin oxuya bilərsiniz

Marketinq 0 Comments

Pinterest – 2012-ci ilin sosial media bombası

Sosial media ilə çox sıx əlaqədar birisinizsə, Pinterest adını bu ərəfələr daha çox eşitmiş olmalısınız. Elə biz də son zamanlar çox eşitdiyimizdəndir ki, bu haqda yazmaq istədik. Facemark olaraq bu

Share
Marketinq 0 Comments

Marketinqdə keçərli olan hərb strategiyaları (I hissə)

Hamımız bilirik ki, marketinqin kökü hərb elmi ilə sıx bağlıdır. Minillər boyunca dünyanın gördüyü minlərlə müharibədə elə bir o qədər də qalib gəlmə strategiyaları var. Müharibə həm də sağ qalmaq

Share
Digital 0 Comments

BETTER or BETƏR

Facebook fan səhifədən effektiv istifadə və aktivliyi artırma üsulları Bu dəfə Marketer Məhərrəm facebook haqqında son aya olan durumu yazmaq qərarına gəldi. Yazmışkən də facebook səhifələrdə aktivliyi artırma üsulları haqqında

Share

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın