Yapon kimi olmaqmı, yapon doğulmaqmı lazımdır?

Marketinqlə dolayı əlaqəsi olan tarix haqqında


Bu gün hamı nədənsə bir çoxumuz inanırıq ki, yapon möcüzəsində bir nömrəli səbəb onların elə yapon doğulmağıdır. Açığı mən özüm də bir kitabı oxuyanadək belə fikirləşirdim. Ancaq bu günlərdə türk müəlliflərdən birinin “yapon yüksəlişinin tarixi” haqqında oxuduğum kitabdan sonra fikrimi dəyişdim. Bu gün də bu səbəbdən marketinqlə bəlkə də çox əlaqəli olmasa da yaponiya tarixindən qısa yadımda qalanları paylaşacam. Düşünürəm ki, marketinqə aid olmasa da, marketoloqlara maraqlı olacaq. Çünki bunu bilmək marketoloqlara əlavə motivasiya verə bilər. Ələxsüs də bizim marketoloqlara özlərinə daha çox inanmaları üçün stimul ola bilər.

1882 – tarixin marketinqi?
Keçək tarixə. Burada biz yapon tarixinin önəmli hissələrini elə tarixi ardıcıllıqla qısaca xatırlayacağıq.
  • Yaponların tarixən monqollarla oxşar xüsusiyyətləri çoxdur. Hətta monqollarda olduğu kimi əvvəllər evlənərkən kişi qadının evinə köçərmiş. Sonralar bu adət dəyişib. Hətta yapon və türk dilində də bir çox oxşar sözlər var. Məsələn, su – sui, yaban – yaban, yamac – yama, iyi – ii, çox – çoo, təpə – teppen, akasiya – akaşia anlamı verir.
  • Yaponlarda imperator xalqı əsarətdə saxlamaq üçün xüsusi ordu saxlayıb ki, bunlara da samuraylar deyirdilər. Samuraylar xüsusi bir təbəqə olub istədiklərini edir, kəsdikləri başa sorğu-sual olmurmuş. Bu sistem düz 700 il yaponiyada qüvvədə olub. Yaponiyanı da inkişafdan saxlayan ən mühüm amil də samuray sistemi olub.
  • Yaponlar uzun illər bütün qərbə və hər kəsə qapılarını bağladığından dünya yeniliklərini çox sonralar öyrəniblər. ABŞ-ın açdığı müharibədən sonra qapılarını açmaq məcburiyyətində qalıblar. O zaman ABŞ əsgərlərinin libasları, istifadə etdikləri əşyalar və s. hər şeyi yeni görürdülər. Bu onlarda o qədər maraq yaradır ki, qərara gəlirlər ki, onlar da qərblilər kimi yenilikləri öyrənməlidirlər. Açılma prosesi 1882-ci ildən başlayıb. O tarixə qədər yapon qüdrətindən söhbət belə gedə bilməzdi. Çünki bəsit alətlər belə onlarda hələ “kəşf olunmamışdı”. İlk gəmilərini də onlara Hollandlar satmışdı, hətta.
  • 1882-ci ildən sonra 30 il ərzində gördükləri hər şeyi o qədər sürətlə mənimsədilər ki, nəinki qərblilərin hücumlarından qorunmaq, hətta özləri gəmilər istehsal etdilər və ilk olaraq yaponiyanın dünyaya çıxışını açan ABŞ-a hücum etdilər. Yaponlar artıq qarışqa kimi bütün avropaya yayılmağa başladılar. ABŞ-ın atdığı atom bombası ilə 260 min yapon yerindəcə ölmüş, yüzminlərlə insan isə tədricən xəstəlikdən ölürdü. Bu belə yaponların yeniliyi mənimsəmə güclərini tükədə bilmədi. Təzə-təzə avropaya və amerikaya getdiklərində yerli camaat tərəfindən aşağılanır, təhqirlərə belə məruz qalırdılar. Avropalıların unutduğu bir şey var idi – onlarda samuray ruhu vardı. Samuraylar isə heç vaxt yorulmurdu, usanmırdı, səbrlə nəticəyə doğru addımlayırdılar. Yavaş-yavaş artıq öz sözlərini deməyə başlamışdılar.

16 ilə 0-dan avtomobil istehsal etdilər

Düşünün ki, 1952-ci ildə yaponiyada asfalt yol ümumiyyətlə yox idi. Amma onlar cəmi 16 ilə, yəni 1968-ci ildə ilk avtomobillərini istehsal etməyi bacardılar. Maraqlı bir məsələ daha vardı ki, yaponiyada uzun müddət istirahət günü olmayıb. Yalnız 1959-cu ildən sonra ayın 2 bazar günü tətil elan edilmişdi.

“Oxuduğun hər şeyə inanacaqsansa, heç nə oxuma”

Yuxarıdakı ifadə yapon atalar sözüdür. Bu ifadə yaponlar üçün ikinci dünya müharibəsindən sonra daha aktual olmuşdu. Çünki amerikalılar atom bombasından sonra yaponlara yaşatdıqları zülmün sanki əvəzi kimi onlara kömək etmək istəyirdilər. Bunun bir üsulu kimi də yapon gənclərinin ABŞ universitetlərində təhsil almasına şərait yaradırdılar. Universitetdə hər oxuduqlarını ac qurd kimi mənimsəyən yaponlar qısa müddətdə yeniliklərə imza atacaqlardı.

Qərbi necə addım-addım qabaqladılar?

  • 1970-ci ilə qədər ABŞ-da avtomobil istehsalında qəlibləri 8 saat ərzində dəyişirdilər. Amma 1968-ci ildə ilk avotmobilini istehsal edən yaponlar 1970-ci ildə amerikalıların müştəri yönümlü olmadıqlarını və həddindən çox israf etdiklərini görüb bu iş üzərində işləməyə başladılar. Və 8 saatlıq qəlib dəyişmə işini 40 dəqiqəyə endirdilər. 10 il sonra isə 40 dəqiqəni də azaldıb 5 dəqiqəyə endirə bildilər. Konveyerdə avtomobil çıxışını 1970-80-ci illərdə Toyota 24-dən 50-ə çatdıra bilmişdi.
  • Düşünün ki, 60-cı illərdə yaponiyada avtomobil istehsalı 200 min, ixrac isə 0 idi. 80-ci illərdə artıq istehsal 7 milyon, ixrac isə 4 milyon idi. Bu fərq cəmi 20 ilə yaranmışdı. 20 ilə 35 dəfə artıma nail olmuşdular.Çox az dövlətlərdən idi ki, ötən əsrin hər iki neft böhranından varlanaraq çıxmışdılar.
  • Yaponlar həm də ilk ölkə oldular ki, o vaxta qədər lüks sayılan saat işini mass-a endirdilər. 1990-cı ildə dünyada istehsal edilən 753 milyon saatın 325 milyonu yaponların payına düşürdü. Seiko, Citizen kimi brendlər dünyaya meydan oxumağa başladı.
  • Honda, Kavasaki, Suzuki kimi motosiklet brendləri ilə bütün avropanın motosiklet bazarını çökdürdülər. Fotoaparat istehsalında isə yapon brendləri ilə təkcə Kodak rəqabət apara bildi, video kamera istehsalında isə rəqiblərini bir-bir sıradan çıxardılar.
  • Tranzistor ABŞ-da kəşf olunmuşdu. Onun lisenziyasını alan ilk şirkət də Sony olmuşdu. Tranzistorlu radio istehsal etməyi planlaşdırırdılar. Lakin Sony şirkətinin sahibi bu ideyasını iş adamlarına təqdim edəndə hamı ona ideyasının gözəl olduğunu, lakin yapon adı ilə ABŞ bazarında uğurlu olmasının mümkün olmadığını demişdi. Əgər amerikan adı olarsa, maliyyələşdirə biləcəklərini demişdilər. Lakin by Sony düşünüb təklifdən imtina etmişdi. O iş adamın bir gün yaponların da ABŞ brendləri kimi bir brendinin olacağına çox inandığını bildirir və bir neçə il keçir ki, buna nail ola bilir. İlk dəfə 100 min ədəd istehsal olunan tranzistorlu radio ABŞ bazarında əməlli-başlı inqilab edə bilir.
Bəli, bütün bunlar qısa bir tarixin səhifələri idi. Amma yazının əvvəlində, daha doğrusu adında olan mənaya gələk. Bütün bunları oxuduqdan sonra bəs Siz necə düşünürsünüz, yapon möcüzəsinə bənzər bir uğura nail olmaq üçün yapon kimi olmaqmı, yapon doğulmaqmı lazımdır???
Facebook Comments
Share

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 307 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. Marketinq sahəsində isə yazılarımı Marketer Məhərrəm təxəllüsü ilə yazıram. Marketer Məhərrəm Azərbaycan reallıqlarında fəaliyyət göstərən, uğur qazanmağa çalışan marketoloq prototipidir. Yazılarımı oxuyaraq az da faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün yazını paylaşmanız yetərlidir. Hər hansı sualınız olarsa, hunaltay@gmail.com mail adresinə yazmanız kifayətdir. Öncədən təşəkkürlər.

Həmçinin oxuya bilərsiniz

Müştəri Davranışları 0 Comments

“Üzrün günahından betər” keysi üzərindən Real-time müştəri məmnuniyyət(sizliy)i -

Bu yaxınlarda Harvard Business Review jurnalında oxudum ki, müştərilərin 97%-i hər hansı mal və xidmətdən narazı olanda bunu demək əvəzinə yazmağa üstünlük verirlər. Bizdə, Azərbaycanda da belədir. Uzun müddət müştərilərlə

Share
Müştəri Davranışları 0 Comments

Survivor Sindromu

Deyirlər ki, hər gün az-az devalvasiya olur. Və belə davam edərsə, şirkətlər yenidən çətinliklə üzləşə bilərlər. Və bu ərəfələrdə hər bir şirkət üçün yaxşı işçilərini qoruyub saxlaya bilmək çox önə

Share
Müştəri Davranışları 0 Comments

Çətin müştəri (III hissə) Nişan alma, izlə !!!

Qadınlar hərəkət edən hədəfdir. Və təbii ki, hərəkət edən hədəfi sabit hədəflə müqayisədə “vurmaq” daha çətindir. Bu halda hərbidə bilmirəm necə olur, amma biznesdə hərəkət edən hədəfə qarşı Sən də

Share

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın