Yığışın, gəlin bizə

Yığışın, gəlin bizə

07 yanvar 2017 – marketerlərin ənənəvi yeni il görüşü olacaq

Marketinq Azərbaycan qrupu yaranandan ilboyu fərqli aktivliklər, görüşlər edirik. Xatırladım ki, qrup 2012-ci ilin avqustunda yaranıb və bugünə 11300-dən çox üzvü var. Unutmamış onu da deyim ki, növbəti yazımda Sizə çox maraqlı bir statistika təqdim edəcəm. Həmin statistikada Siz qrupun bütün üzvlərinin detallı təhlili, ümumiyyətlə qrupumuzun profili, orada hansı şirkətlərin olduğu adı ilə qeyd ediləcək. İndidən deyim ki, bu iş üçün Facemark.az əməkdaşları düz 2 aydır ki, əziyyət çəkir. Bütün adamlar tək-tək maksimum təhlil edilb.

Sözüm ondadır ki, 11000 nəfərlik qrupumuzun qarşıdan yeni görüşü gəlir. Bu, hər il yanvar ayında etdiyimiz ənənəvi yeni il görüşüdür. Bu dəfə də qrupda olan hər kəs üçün açıq event yaratmışıq. 07 yanvar tarixində Lake Palace restoranında görüşəcəyik. Tədbir haqqında ətraflı məlumat almaq üçün qapalı qrupumuzun eventinə diqqət etməniz kifayətdir. – Yığışın, gəlin bizə! (Event) Linkdən oxumaq imkanı olmayan dostlarımız üçün bir az detallı aşağıda məlumat verim:

"Marketinq Azərbaycan qrupunun üzvləri üçün 2017-ci ilin gəlişi, həmrəylik günü və qrupun yaranmasının 5-ci ilinə qədəm qoyması münasibətilə xüsusi əyləncəli bir proqram hazırladıq. Görüşümüz əyləncə ağırlıqlı olsa da, mükafatlandırma mərasimləri, nitqlər, təqdimatlarla dolu olacaq. 11000-dən çox üzvü olan qrupun indiyədək keçirdiyi bütün tədbirlərdə çoxsaylı iştirak qeydə alınıb. Bu dəfə də maksimum 100 nəfər yerimiz var. Ona görə də daha tez tərpənənlər iştirak edə biləcək. Tədbirimiz Lake Palace-da keçiriləcək. 19:00-23:00 aralığında baş tutacaq görüşümüzdə yemək menyumuz boldur :)

Qrupun bu tədbiri tamamilə sosial xarakter daşıyır, biznes məqsədli deyildir, tədbirin xərcləri dəstək olan şirkətlərin və üzvlərin köməyi ilə qarşılanacaq. Odur ki, hər hansı formada dəstək olmaq istəyən dost şirkətlər müraciət edə bilər. Qrupun tədbirində brand-wall-da dəstək olan bütün şirkətlərin loqoları yer alacaq, adları səsləndiriləcək. Eyni zamanda dəstək olmaq istəyən şirkətlər müxtəlif nominasiyalar və oyunlar üzrə qalib olmuş şəxslərə öz hədiyyələrini də təqdim edə bilər.

Tədbirdə iştirak haqqı – 20 azn

İştirak üçün yalnız bilet əldə etmək lazımdır. Biletlər 1 həftə ərzində bir neçə satış nöqtəsi yaradılaraq satılacaqdır. Tədbirə giriş ancaq və ancaq biletlədir, bütün biletlər uduşda iştirak edəcək, odur ki, biletinizin yanınızda olması Sizə faydalıdır. İLK 100 bilet satıldıqdan sonra bilet satışı və iştirak üçün qeydiyyat dayandırılacaqdır. Cəmi 100 nəfərlik yer imkanımız var. Təşkilat komitəsi zamanla bütün əlavə məlumatları event daxilində yerləşdirəcəkdir. Biletləri aşağıdaki ünvanlardan əldə edə bilərsiniz: 1. AF Mall: (050) 300 46 66. 2. 28 Mall (Köfteci restoranı): (077) 451 22 43."

Yığışın, gəlin bizə – tədbirin adı necə yarandı?

Deməli, internetdə qurdalanarkən Ayan Palace-ın facebook səhifəsi gözümə sataşdı. Gördüm ki, yeni il tədbirlərinin adı “Yığışın bizə gəlin”dir. Açığı deyim bu ərəfələr öz tədbirimiz üçün də ad axtarırdım. Çox istədim ki, qulağa və dilə səmimi gələn bu sözü istifadə edim. Zəng elədim, otelin rəhbərliyindən sloqanın halallığını da aldım. Bu an maraqlı bir hadisə də oldu. Tədbirimizdə marketoloqların iştirak edəcəyini bilən rəhbərlik, bizə 2 ədəd həmin yeni il tədbirinə bilet də hədiyyə etdi. Dostlar, səhifələrindən girib baxa bilərsiniz, həqiqətən bol əyləncəli yeni il olacaq. Otelə isə söz ola bilməz. Qısası, hazılaşın, müsabiqə nəticəsində qalib olan 1 nəfərə 2 nəfərlik 2 günlük tam bilet hədiyyə edəcəyik. Bu Ayan Palace-in qrupumuza hədiyyəsi olacaq. Müsabiqənin şərtlərini tezliklə, qrupun event hissəsində yerləşdirəcəyik. Məncə, iştirak etməyə dəyər. Onu deyim ki, belə iştirak üçün bilet 530 azn-dir.

Niyə bu tədbirə yığışıb gəlməliyik? :)

Çox təlatümlü 2016-cı ili geridə qoyduq. 2015-ci il 10 yanvarda Ramada oteldə “Marketinq Parti-Marti”, 2016-cı il 09 yanvarda isə “Krizis Party” də adı ilə görüşdük. Bütün bu görüşlərdə 100 civarı dostumuz iştirak edib. Niyə 100? Çünki bundan artıq yer imkanı və təşkilatçılığı üstlənmək olmur, həm də risklidir. Əvvəl ona görə riskli idi ki, biz ödənişi yerində alırdıq, ona görə də son ana qədər neçə adamın iştirak edəcəyini bilmirdik. Bu dəfə isə öncədən bilet almaq lazımdır. Bu bizim də işimizi rahatlaşdırır və daha keyfiyyətli təşkilatçılıq üçün imkan yaradır.

Dostlar, ilin bütün stresini öz həmkarlarınızla, marketoloq, satış, pr, reklam və digər əlaqəli sahələrdən olanlarla keçirmək, söhbətləşmək istəyirsinizsə, bu tədbir Sizin üçündür. Görüş yeyib-içmək deyil, sadəcə. Bura bizim hamımız üçün yeni biznes əlaqələr, tanışlıqlar, community imkanıdır. Belə görüşlərin önəmi tədbir boyunca uzun zamandır görmədiyin adamlarla görüşüb müzakirələr aparmaqdır. Şükür Allaha ki, 2012-ci ildən ildə heç olmasa 4-5 belə görüşümüz olur.

Odur ki, Siz də yığışın gəlin, yenə görüşək, yenə danışaq. Çəkinməyin, heç vaxt bizim tədbirlərimizdə olmayan, amma qrpun üzvü olan hər kəs qatıla bilər. Yerimiz limitlidir, ona görə də tez qeydiyyatdan keçməyə tələsin. Görüşərik.

Facebook Comments
Share

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 296 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. Marketinq sahəsində isə yazılarımı Marketer Məhərrəm təxəllüsü ilə yazıram. Marketer Məhərrəm Azərbaycan reallıqlarında fəaliyyət göstərən, uğur qazanmağa çalışan marketoloq prototipidir. Yazılarımı oxuyaraq az da faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün yazını paylaşmanız yetərlidir. Hər hansı sualınız olarsa, hunaltay@gmail.com mail adresinə yazmanız kifayətdir. Öncədən təşəkkürlər.

Editor review

Summary

Sözüm ondadır ki, 11000 nəfərlik qrupumuzun qarşıdan yeni görüşü gəlir. Bu, hər il yanvar ayında etdiyimiz ənənəvi yeni il görüşüdür.

Həmçinin oxuya bilərsiniz

Tədbirlər 0 Comments

Birincilərə qoşul nə deməkdir?! AİR 9 haqqında

Vaxt var idi marketinq kursları tək-tük olsa da çox zəif idi, olana şükür deyirdilər. İndi 5 ildir ki, AİR var, Yaradana Şükür deyirlər.  Nə??! Pafos? Olsun da. Elə deyil ki?

Share
Tədbirlər 0 Comments

DMCBAKU2015 – Gün sayırıq

Əziz dostlar, Azərbaycanda keçiriləcək ilk dijital konfrans DMCBaku2015-in başlamasına 36 gün qalır. Təxminən avqustun sonlarından hazırlıqlara başlanılıb və 2 ay müddətində dostlarımız çalışır ki, bu faydalı missiyanın öhdəsindən layiqincə gəlsinlər.

Share
Tədbirlər 0 Comments

MMF2016-da ilk dəfə “Bloqçuluq və rəy liderliyi paneli”

“Bax gör neynirsən” keçməyəcək Foruma düz 1 həftə vaxt qalır. Demək olar ki, MMF2016 hazırlıqları bitmək üzərədir. Yeganə vaxtımızı alan şey bu aralar biletlə bağlı istəklərdir. Fürsətdən istifadə edib dostlara

Share

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın